Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Klub xəbərləri
11.04.2012 / 0 şərh / 1512 -dəfə baxılıb

"Artıq tilsimi qırmaq zamanıdır"

“İnter” mübarizəyə üstünlük verən futbol nümayiş etdirir. Müəyyən bir sistemləri var, ondan kənara çıxmırlar. Biz qol vurduqdan sonra daha yaxşı oynamağa başladıq”. Bu sözləri “Qarabağ”ın futbolçusu maksim Medvedev deyib.

Klubunun rəsmi saytına açıqlama verən 22 yaşlı müdafiəçi Premyer Liqanın XXVII turunun “İnter”lə qarşılaşmasında künc zərbəsindən sonra vurduğu qol haqda fikirlərini açıqlayıb: “Əfran və Raufla qola yaxın olduq. Hər şeyin bitdiyi anda “İnter” hesabı bərabərləşdirdi. Təbii ki, belə çətin oyunda qələbə qazanmaq istəyirdik. Üstəlik, belə məqamda 3 xalı vermək heç yaxşı olmadı. Amma qarşıda 5 oyun var. Kubokun da yarımfinalındayıq. Sona qədər mübarizə aparacağıq”.

Maksim cari mövsüm hücuma qoşulmaları ilə diqqət çəkir. O, bunu baş məşqçi Qurban Qurbanovun tapşırığı ilə izah edir: “Adətən, künc zərbələri zamanı baş məşqçimiz məni arxada saxlayır. Rəqibin mümkün olacaq sürətli hücumlarına görə. Bu oyunda Əfranla Rauf start heyətində olmadığı üçün baş məşqçi matçdan öncə standard vəziyyətlərdə irəli getməyi tapşırmışdı. Qol vurmağımda Telinin sona qədər mübarizə aparmağının da rolu oldu. “Qəbələ”ylə oyun da standart vəziyyətdən penalti qazandırmışdım. Amma harada daha effektli olmağıma baş məşqçi qərar verir. Yaxşı mövqe seçməyimi mənim deməyim düzgün olmaz”.

Müdafiəçi komandasında arxa xətt oyunçularının məhsuldarlığına da toxunub: “Deməzdim ki, hücumçularımız zəifdir. Sadəcə, biz müdafiəçi dördlüyü və öndə oynayan Namiqlə uzun müddətdir birlikdə çıxış edirik. Bu da bizim işimizə yaxşı mənada təsir göstərir. Yaxşı anlaşmamız qapımızı toxunulmaz saxlamağa kömək edir”.

Medvedev qarşıdakı turun “Qəbələ” ilə oyunu haqda da fikirlərini açıqlayıb: “Cari mövsüm artıq 6-cı dəfədir “Qəbələ” ilə qarşılaşacağıq. Amma hələ ki, qələbəmiz yoxdur. Məncə, artıq tilsimi qırmaq zamanıdır. Düzdür, qəbələlilərin hücum xətti olduqca güclüdür. Barton, Mendi, Dodo, Kamanan hər birinin güclü tərəfləri var. Üstəlik, bu “Qəbələ” üçün avrokubok yolunda son şans olduğuna görə oyuna yüksək mötivasiya ilə çıxacaqlar. Amma biz də eyni məqsəd üçün ora yollanacağıq”.

 
Müəllif: Azerifootball.com     Çap et Geri Yuxarı
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1127
2AZAL1119
3İnter1118
4Simurq1114
5Bakı1111
6Qəbələ1111
7AZAL1110
8Rəvan119
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

11

09.11.2019
15:00
Qəbələ
Səbail
3
0
17:00
Keşlə
Neftçi
2
1
10.11.2019
16:00
Sabah
Sumqayıt
1
3
19:00
Qarabağ
FC Zire
1
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.