Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Klub xəbərləri
12.04.2012 / 0 şərh / 2176 -dəfə baxılıb

İnşallah, Kavlak şans versin, mən hazır! (Müsahibə)

“Qəbələ”nin yarımmüdafiəçisi Elmar Baxşıyevin müsahibəsi

- Keçmiş komandan burdan 3 xal apardı. «Xəzər Lənkəran»ı qələbəyə layiq hesab edirsən?
- Erkən qol buraxmağımız komandamızın planlarını pozdu. «Xəzər» güclü rəqibdi. Mən özüm də bu klubda forma geyinmişəm və bilirəm ki, həmişə iddialı klub olub. Heç olmasa, bir xal qazana bilərdik. Bəzi epizodlarda dəqiqlik çatmadı bizə.

- Elmar, bəs özün niyə oynamırsan? Səni nə vaxt meydanda görəcəyik?
- Mən də oynamaq istəyirəm. İnşallah, Kavlak şans versin, mən hazır!

- «Qəbələ»də daxili vəziyyət yaxşı deyil?
- Yox, belə deməzdim. Rəhbərlik çox gözəl atmosfer yaradıb. Sadəcə, son iki oyunda məğlub olmağımız bizi bir qədər ruhdan salıb. Amma ümumi götürsək, kollektivdə ab-hava yaxşıdı.

- Müqavilən nə vaxta qədərdi?
- Qışa qədər.

- Onsuz da oynamırsan. Yayda dəvət olsa, gedəcəksən harasa?
- Başqa kluba getmək fikrim yoxdu. «Qəbələ»də özümü sübut etmək istəyirəm.

- Bu mövsümü də boşa verdin…
- Axıra qədər mübarizə aparmaq lazımdı.

- «Qəbələ» də, böyük ehtimalla, Avroliqa üzü görməyəcək.
- Şans var. Çətin də olsa, öhdəsindən gələ bilərik. Bunun üçün qalan turların hamısında qələbə qazanmaq lazımdı. Eyni zamanda, ən yaxın rəqiblərimizin də xal itirməsini gözləməliyik. Ümid edirəm ki, qarşıya qoyulan məqsədə çata biləcəyik.

- Elmar, rəhbərliklə danışmırsan, yaxud baş məşqçidən soruşmursan ki, səni niyə meydana buraxmır?
- Vallah, burda elə bir atmosfer yaradılıb ki, məşqçiyə hər hansı bir iradı bildirmək düzgün deyil. Ona görə heç nə deməmişəm, şansımı gözləyirəm.

- Məşqçiyə irad bildirmirsən ki, nəyə görə şans vermədiyini soruşasan? Buna da icazə vermirlər?
- Əlbəttə, verirlər. Məşqçidən məni nəyə görə oynatmadığını soruşmuşam, deyib ki, şansını gözlə. Qərarı verən odu. Ona hörmətlə yanaşmaq lazımdı. Mən nə deyə bilərəm? Meydana kimin çıxıb-çıxmayacağına Kavlak qərar verir. Mənə hələlik gözləmək qalır.

- Özünü meydana çıxıb komandaya xeyir verməyə hazır hesab edirsən?
- Bəli, mən oynamağa hazıram. Baş məşqçi nə vaxt istəsə, çıxıb özümü sübut edə bilərəm.

 
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.