Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Klub xəbərləri
13.04.2012 / 0 şərh / 2037 -dəfə baxılıb

"Xəzər Lənkəran"ı gözləyən böyük təhlükə

“Xəzər Lənkəran” klubunun Unibank Premyer Liqasında bu mövsüm topladığı xallardan 6-sı silinə bilər.Bu barədə FİFA qərar çıxarıb.

Səbəb kimi 2008-2009-cu il mövsümündə transfer olunan Romula Silvano Da Silvaya “Xəzər Lənkəran” rəhbərliyinin 114 min dollar borclu qalması göstərilib. Romulo FİFA-ya şikayət edib. Ali futbol qurumu isə 36 yaşlı hücumçunun iddiasını təmin edib. Klubun isə 6 xalının silinməsi qərara alınıb.

“Xəzər Lənkəran”ın mətbuat katibi Yalçın Əliyev açıqlamasında 6 xalın silinməsi haqda kluba heç bir məlumatın daxil olmadığını bildirib. Onun sözlərinə görə, bu barədə xəbərdarlıq vaxtilə FİFA-dan edilib: “Ali futbol qurumu bizə bildirmişdi ki, Romulo Silvano da Silva ona borclu olmağımızla bağlı şikayət ünvanlayıb. Borcumuzu ödəməsək, hesabımızdan 6 xalın silinəcəyinə dair xəbərdarlıq da edilmişdi. Biz də həmin borcu ödədik və bu barədə FİFA-ya lazımi sənədləri göndərdik. FİFA-nın hesabımızdan 6 xalın silinməsinə dair qərarı barədə bizə heç nə deyilməyib”.

Qeyd edək ki, Unibank Premyer Liqasında 27 turdan sonra “Xəzər Lənkəran” 51 xalla 2-ci pillədə qərarlaşıb. 6 xal silinəcəyi halda, klub 45 xalla 4-cü pilləyə enəcək. Bu isə o deməkdir ki, Azərbaycan Kubokunda mübarizəni dayandıran Lənkəran təmsilçisi Premyer Liqanın mükafatçısı kimi Avropa kuboklarına qatılma şanslarını da itirə bilər.
 
Müəllif: Azerifootball.com     Çap et Geri Yuxarı
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.