Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Klub xəbərləri
14.04.2012 / 0 şərh / 2219 -dəfə baxılıb

\"Maraqlanmırlar mənlə, kənarda qalmışam\" (Müsahibə)

"Rəvan"ın müdafiəçisi Tural Axundovun müsahibəsi

- Komandanın cari mövsümdəki çıxışlarını necə qiymətləndirirsən?
- Komandamız yaxşı çıxış edir. Birinci "altılığ"a düşə bilərdik. Təəssüf ki, istifadə edə bilmədik. "Simurq"la ilk dövrədəki oyunu qeyd edə bilərəm. Vladislav Qədirovun vaxtında. Şanslarımızı əldən verdik. Amma ruhdan düşmürük. Artıq ikinci "altılıq"dayıq və lider olmaq imkanımız var. Ümid edirəm ki, qarşıdakı mövsüm daha yaxşı nəticəyə oynayacağıq.

- "Rəvan" baxımlı oyun göstərirdi, iddialı klublara az başağrı olmadız. Bəs nə kifayət etmədi ki, ilk "altılığ"a düşəsiz?
- Heyət yeni komplektləşmişdi, təcrübəli oyunçumuz az idi. Eyni zamanda zədəli futbolçularımız da oldu. Bəlkə də buna görə.

- Səncə, buna səbəb baş məşqçinin tez-tez dəyişməsi olmadı?
- Məncə, yox. Hər şey futbolçuların özündən asılıdı.

- Bəhmən Həsənov Vladislav Qədirovla əvəzlənib, təzədən geri qaytarıldı. Ola blməz ki, bu, təsirsiz ötüşsün.
- Nə deyim, vallah. Mənə görə bütün məşqçilər eynidi. Kim gedir-gəlirsə, futbolçu oyununu göstərməlidi.

- Bu iki baş məşqçinin bir-birindən üstünlüyü, zəif cəhəti var?
- Hansınısa ayrımaq istəməzdim. Açıq deyirəm, mənim üçün fərqi yoxdu. Çıxıb oyunumu oynayıram, məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışıram. Əlbəttə, hər məşqçinin özünün taktikası, seçimi var.

- Qarşıda AZAl-la oyununuz var. İikinci «altılığ»ın lideri ola bilərsiz?
- AZAL-a iki dəfə qalib gəlmişik. Bu oyuna da maksimum nəticə üçün çıxacağıq. İnşallah, qələbə qazanıb, fərqi minimuma endirərik. Qrupumuzda birinci olmağa gücümüz çatır. Son turlarda xallar itirməsəydik, AZAL-ı özümüzdən geri salmışdıq.

- Komanda yoldaşların arasında ruh düşkünlüyü müşahidə eləyirsən?
- Yox, belə deməzdim.

- Onda nəyə görə axır vaxtlar zəif oynayırsız, qol vura bilmirsiz?
- Vallah, səbəbini bilmirəm.

- Bəlkə iddiasızlıqdı problem? Yəni ki, Premyer Liqada yerinizi qoruduz, vəssalam.
- Yox, elə şey ola bilməz. Əlimizdə olan imkanları qaçırmasaydıq, "Rəvan" hazırda ilk "altılıq"da idi.

- Bəlkə elə buna görə ruhdan düşmüsüz?
- Xeyr. Birinci dövrədə də, qış fasiləsindən sonra da bütün oyunlara ciddi hazırlaşmışıq, sonadək belə olacaq. Çalışacağıq ki, ikinci "altılıq"da liderliyi ələ keçirək.

- Klubdaxili ab-hava qaydasındadı?
- Bəli, hər şey yaxşıdı.

- "Rəvan"la müqavilən nə vaxt başa çatır?
- Onu deməsəm, olar?

- Problem yoxdu. Nədi, yayda klubunu dəyişmək ehtimalın var?
- İndidən nəsə demək istəmirəm.

- Təklif var?
- Ola bilər.

- Konkret danışaq, dəvət var?
- Hə, var.

- Yerli klublardı?
- Hə, öz klublarımızdı.

- Deməli, gedirsən…
- O barədə heç nə fikirləşməmişəm. İnşallah, özünüz görəcəksiz.

- "Rəvan"da seçilən, özü də stabil oynayan futbolçulardan birisən. İldən-ilə səndə "artım" gedir. Bəs səni nə vaxt millidə görəcəyik?
- Nə bilim, vallah, mən öz şansımı gözləyirəm. Maraqlanmırlar mənlə, kənarda qalmışam. İkinci "altılığ"ı izləmirlər. Baxsalar, orda mənim kimi futbolçu çoxdu. Gəlsinlər, bizim oyunlarımıza da baxsınlar.

- Özünü milliyə tam hazır hesab edirsən?
- Əlbəttə, mən hazıram. Şans versinlər, özümü göstərim.

- Əgər sən və sənin kimilər millidə çıxış etməyə hazırdısa, onda nəyə görə qeyri-azərbaycanlılar Berti Foqtsun komandasında çoxluq təşkil edir?
- Öz işləridi, nə bilim. Mənə heç kim heç nə deməyib, şansımı gözləyirəm.



 
Müəllif: Azerifootball.com     Mənbə: \"Sport Favorit\" qəzeti

Çap et Geri Yuxarı
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.