Klub xəbərləri
- 14.04.2012 / 0 şərh / 2278 -dəfə baxılıb
- Xəbər verdiyimiz kimi, FİFA-nın Nizam-İntizam Komitəsinin verdiyi qərarla “Xəzər Lənkəran”ın hesabından 6 xal silindi.
Cənub təmsilçisinin baş məşqçisi Yunis Hüseynov bu haqda açıqlama verib: “Hesabımızdan 6 xal silinməsi çox pis oldu. Bu bizim çempionatdakı hədəflərimizi də dəyişdi. Artıq çempionluq haqda düşünmürük. Çünki sona 5 tur qalmış liderdən 12 xal geridəyik. Bu xal fərqini əritmək mümkünsüzdü. Bundan sonra Avroliqaya vəsiqə uğrunda mübarizə aparacağıq”.
Qeyd edək ki, FİFA-nın qərarından sonra “Xəzər Lənkəran”ın hesabındakı 51 xaldan 6-ı silinib. Bununla da komanda Unibank Premyer liqasında 2-ci pillədən 4-cü yerə enib. Hazırda hesabında 45 xal olan “ağ-yaşıllar” 1-ci pillədəki “Neftçi”dən 12 xal geri qalır.