Klub xəbərləri
- 20.04.2012 / 0 şərh / 2882 -dəfə baxılıb
- “Qəbələ” klubunun rəhbərliyi oyunlara qoyulan mükafatın məbləğini artırıb. Belə ki, hər qələbə futbolçulara 5.000 $ qazandıracaq. Mükafatların məbləğini prezident Tale Heydərov qaldırıb. Bu, əvvəlkindən iki dəfə çoxdur. “Xəzər Lənkəran”ın hesabından 6 xal silinməsi “Qəbələ”nin avrokubok şansını artırıb. Klub rəhbərliyi isə bu amildən maksimum faydalanmağı düşünür.
Qeyd edək ki, ötən tur evdə “Qarabağ” üzərindəki qələbəyə görə hər bir futbolçu 5.000 $ əldə edib.