Klub xəbərləri
- 22.04.2012 / 0 şərh / 2208 -dəfə baxılıb
- Unibank Premyer Liqasının ilk oyun günündə keçirilən “Rəvan” - “Turan” qarşılaşması bərabərliklə başa çatdı-2:2. Matçdan sonra hər iki komandanın baş məşqçiləri media önünə çıxıblar.
Əsgər Abdullayev, “Turan” klubunun baş məşqçisi: “İlk hissədə və ikinci hissənin sonlarında yaxşı oyun nümayiş etdirdik. Komandam məğlubiyyətlə barışmadığını bir daha sübut etdi. Bundan öncəki oyunlarda da komandam əzmkarlıq göstərmişdi. “Rəvan”la qarşılaşmanın çətin olacağını bilirdim. İki top fərqi ilə məğlub olduğumuz halda, oyunu 2:2 hesabıyla başa vurmağımız və bir xal qazanmağımız da nəticədir”.
Bəhmən Həsənov, “Rəvan” klubunun baş məşqçisi: “Oyunun nəticəsinə çox üzüldüm. Azlıqda ola-ola gözəl oyun göstərdik və 2:0 önə keçdik. Ancaq çox təəssüf ki, hesabı qoruya bilmədik. Rəqibimiz evə bir xalla dönür. Onlara gələcək oyunlarda da belə əzmkarlıq göstərmələrini arzulayıram”.