Klub xəbərləri
- 23.04.2012 / 0 şərh / 2254 -dəfə baxılıb
- Unibank Premyer Liqasının 29-cu turunda AZAL səfərdə "Kəpəz"i 2:0 hesabıyla məğlub edib. Oyundan sonra hər iki komandanın baş məşqçisi fikirlərini bölüşüb.
AZAL-ın baş məşqçisi postunda ilk qələbəsini qazanan Vaqif Sadıqov bunları deyib: "Bu oyunun çətin keçəcəyini bilirdik. "Kəpəz" öz meydanında güclü oyun nümayiş etdirir. Futbolçularıma müdafiədə səhvə yol verməmələrini tapşırmışdım. Mən şadam ki, bu gün komandam qələbə qazandı. Oyunçularım dediklərimi yerinə yetirdilər".
Fuad İsmayılov isə daha qısa danışıb: "Gərgin oyunun şahidi olduq. 60-cı dəqiqəyə kimi başabaş mübarizə gedirdi. Öz qapımıza qol vurduqdan sonra futbolçularım ruhdan düşdülər və oyunlarını tapa bilmədilər".