Klub xəbərləri
- 23.04.2012 / 0 şərh / 2069 -dəfə baxılıb
- "Qarabağ"a 4 dəfə məğlub olmuşduq. Ancaq bu oyunda vacib qələbə qazandıq. Belə oyunu növbəti görüşlərdə də davam etdirməliyik".
Bu sözləri "Bakı"nın yarımmüdafiəçisi Aleksandr Şoliç deyib. "Qarabağ" üzərində 4:2 hesablı qələbədən sonra klubun rəsmi saytına danışan xorvatiyalı yarımmüdafiəçi oyunla bağlı fikirlərini açıqlayıb:
"Əgər bu oyundakı çıxışımızı kubok matçında da göstərə bilsək, o zaman problem olmayacaq. Biz təzyiq etdikcə, rəqib üçün də oynamaq çətinləşir. Bunu sübut etdik. Lakin rəqibə oynamaq imkanı verdikdə bizim üçün çox çətin olur".