Klub xəbərləri
- 24.04.2012 / 0 şərh / 2079 -dəfə baxılıb
- "Xəzər Lənkəran”la oyunumuzun gərgin alınacağını bilirdik. Qələbə qazansaydıq çempionluğumuzu vaxtından əvvəl rəsmiləşdirəcəkdik. Lakin ilk dəqiqələrdən hakim birtərəfli qərarlar verməyə başladı. Rəqib futbolçular mənə qarşı çox kobud oynayırdı. Bütün matç ərzində məni "sındır"maqla məşğul idilər”.
Bu sözləri “Neftçi”nin futbolçusu Flavinyo klubun rəsmi saytına açıqlamasında deyib.
Braziliyalı futbolçu görüşün baş hakimi Elçin Məmmədovdan narazılıq edib: “Hakim bu epizodlara hər dəfə göz yumurdu. Hətta mənə qarşı kobudluqdan sonra yıxılsam da, Elçin Məmmədov simulyasiya etdiyimi əsas gətirərək mənə sarı vərəqə göstərdi. Bu hakim "Bakı" ilə qarşılaşmada da mənə qarşı rəqibin açıq-aşkar kobudluğunu görməməzliyə vurmuşdu. Mənə elə gəlir ki, buna bir son qoyulmalıdı".