Klub xəbərləri
- 24.04.2012 / 0 şərh / 2150 -dəfə baxılıb
- “Bu matçda hakimin demək olar ki, bütün qərarları “Xəzər Lənkəran”ın lehinə idi”. Bu sözləri “Neftçi”nin futbolçusu Ruslan Əmircanov deyib.
Futbolçu baş hakimin qərəzli olduğunu bildirib: “Oyundan iki epizodu misal çəkirəm. Birində rəqib futbolçu baş hakimin gözü qarşısında əllə oynayır. Elçin Məmmədov qayda pozuntusunu qeydə alsa da, “Xəzər Lənkəran”ın futbolçusuna sarı vərəqə göstərmir. Digər epizoda isə Flavinyonu yıxsalar da sarı vərəqə onun özünə göstərilir. Məncə bu iki epizod Elçin Məmmədovun qərəzli olduğunu demək üçün kifayətdi”.