Klub xəbərləri
- 24.04.2012 / 0 şərh / 2137 -dəfə baxılıb
- “Xəzər Lənkəran” – “Neftçi” görüşündə baş hakim Elçin Məmmədovun cənubluların lehinə qərarlar verdiyini və oyunu qərəzli idarə etdiyini iddia edən “Neftçi”lilərə “Xəzər Lənkəran” tərəfindən cavab gəlib.
“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov deyilənlərin əsassız olduğunu düşünür:
“Hakimlik haqqında danışmaq düzgün olmazdı. Oyuna baxanlar hər şeyi gördü. Kimin nə dediyi isə mənə qətiyyən maraqlı deyil. Hakim nə etdi ki? Vurduğumuz qol cərimə zərbəsindən sonra oldu. Burada isə aşkar qayda pozuntusu vardı. Belə söz-söhbətlərlə “Xəzər Lənkəran”ın qələbəsinə kölgə salmaq lazım deyil”.
Qeyd edək ki, “Xəzər Lənkəran”ın 1:0 hesablı qələbəsi ilə başa çatan oyundan sonra “Neftçi”nin futbolçuları Flavinyo, Ruslan Əmircanov, Bahodir Nasimov və məşqçisi Tərlan Əhmədov verdikləri açıqlamada baş hakimin qərəzli idarəçiliyindən şikayətlənmişdi.