Klub xəbərləri
- 26.04.2012 / 0 şərh / 2420 -dəfə baxılıb
Emil Mpenza «Neftçi”dən FİFA-ya şikayət edib. Bu barədə forvard özü Belçika mətbuatına məlumat verib. Mpenza Azərbaycan klubunun qışda birtərəflı qaydada, qanunsuz şəkildə müqaviləni pozduğunu və buna görə, qalan 18 ayın maaşını ona ödəməli olduğunu bildiririr. Mpenza bu məbləğin 700 min dollar olduğunu deyib və haqqını tələb etmək üçün FİFA-ya müraciət edib.
2010-cu ildə İsveçrə “Syon”undan transfer olunan və 3 illik müqavilə imzalayan 34 yaşlı forvard yalnız 1,5 il “Neftçi”nin heyətində qalıb. Komanda çempion olsa da, o, heç cür özünü Unibank Premyer Liqasında göstərə bilməyib