Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Klub xəbərləri
15.05.2012 / 0 şərh / 7917 -dəfə baxılıb

Qarabağ və İnterdə islahatlar

"Qarabağ"da qopmalar davam edir. Hələ mövsüm yekunlaşmamış "Neftçi" ilə anlaşan Rəşad Sadiqovun ardından daha 3 futbolçu Ağdam klubunu tərk edib.

Makedoniyalı yarımmüdafiəçi Nderim Nedzipi növbəti mövsümdə əyalət klubunun şərəfini qorumayacaq. Onun getməsinə isə müqaviləsinin müddətinin başa çatması səbəb olub. Baş məşqçi Qurban Qurbanov əcnəbi futbolçunun xidmətinə ehtiyac duymayıb. Qapıçı Boyan Pavloviçin xidmətinə də ehtiyac duyulmayıb.

Nedzipidən fərqli olaraq, "Qarabağ"ın liderlərindən olan Georgi Adamiya öz istəyi ilə komandadan ayrılıb. Gürcü futbolçu Ağdam klubu ilə başa çatan müqaviləsinin müddətini uzatmayaraq həmyerlisinin yanına - Kaxaber Tsxadadzenin "İnter"inə yollanmaq niyyətindədi. Bu barədə məlumat verən Adamiya artıq "Qarabağ"la bağlılığının qalmadığını söyləyib: "Artıq "Qarabağ"dan getmişəm. Bu klubla müqaviləm başa çatdı və yeni anlaşma imzalamadıq".

Hazırda vətəni Gürcüstanda olan 31 yaşlı hücumçu 2010-cu ilin qışından şərəfini qoruduğu Ağdam təmsilçisi ilə yollarını rəsmən ayırdığını bildirib. Onun sözlərinə görə, yeni müqavilə ilə bağlı razılığa gələ bilməyiblər: "Müqaviləm bitdiyindən bu klubla bağlılığım qalmayıb. "Qarabağ" Avroliqaya düşmək uğrunda mübarizə aparırdı. Ancaq buna nail bilmədik. Bunun səbəbləri ilə bağlı geniş təhlil etdikdən sonra fikir bildirmək olar".

Adamiyanın karyerasını "İnter"də davam etdirəcəyi gözlənilir. O, həmyerlilərinin çoxluq təşkil etdiyi bu klubdan ona maraq olduğunu gizlətməyib: "İnter" məni heyətində görmək istəyir və keçidlə bağlı danışıqlar aparırıq. Ancaq indi 100 faiz deyə bilmərəm ki, məhz bu komandaya keçəcəyəm. Buna qarşıdakı günlərdə aydınlıq gələcək. "İnter" gələcək karyeramla bağlı variantlardan biridi. Əlbəttə, burada həmyerlilərimin çox olmağı, "Qarabağ"dan fərqli, "İnter"in Avroliqada oynamağı seçimimə təsir edə bilər. Uzun müddətdi Azərbaycanda oynadığımdan karyeramı burada davam etdirmək istərdim. Ola bilər ki, xaricdə oynayım. Ancaq hazırda əsas diqqətimi Azərbaycan klubuna keçməyə yönəltmişəm".

Qeyd edək ki, Adamiya 2005-ci ilin qışından fasiləsiz olaraq ölkəmizdə çıxış edərək, "Qarabağ"a qədər şərəfini qoruduğu "Neftçi" və "Bakı" ilə çempion olub. O, ağdamlıların heyətində oynadığı ilk 2 ildə bürünc medal qazanıb, ötən mövsüm premyer-liqamızın bombardiri olub.

Bu arada Avroliqada mübarizə aparacaq "İnter" islahatlara başlayıb. Paytaxt təmsilçisi müqaviləsi bitən legionerlərdən çexiyalı Bronislav Çervenka, latviyalı Girt Karlson, braziliyalı Danildo Assioli və bolqarıstanlı Enyo Krastovçevlə yollarını rəsmən ayırıb.

Komandanın meneceri Səbuhi Səfiyarlı "İnter"i tərk edən futbolçularla bağlı bunları deyib: "Krastovçev və Karlsonla müqavilənin müddətini artırmadıq. Artıq uzun müddətdi ki, "İnter"də oynayan Çervenka da gələn mövsüm bizimlə olmayacaq. Bundan əlavə, müdafiəçi Danildo Assioliyə də xidmətlərinə görə təşəkkür etdik. "Simurq"da icarədə çıxış edən Ruslan Poladovu isə geri qaytarmaq niyyətimiz yoxdu. Bundan əlavə də gedənlər ola bilər. Baş məşqçi Kaxaber Tsxadadze hələ ki, Elnur Abdulov, Peter Çrappan və Xəyal Mustafayevlə bağlı qərar verməyib".

Yeri gəlmişkən, Avroliqaya vəsiqə qazanan "İnter"in futbolçuları istirahətə buraxılıb. "Bank klubu"nda tətil iyunun 1-dək davam edəcək. Yayın ilk günündə komanda Türkiyədə bir araya gələcək və qardaş ölkədə iyunun 12-dək davam edəcək təlim-məşq toplanışı keçirəcək. İlk toplanışın başa çatmasından sonra futbolçulara 3 günlük istirahət veriləcək. "İnter" iyunun 15-də yenidən toplaşacaq və 2-ci təlim-məşq toplanışına yollanacaq. Toplanışın keçiriləcəyi yer hələlik dəqiq məlum deyil. Ancaq "İnter"in Avropa ölkələrindən birinə yollanacağı gözlənilir. İkinci toplanış iyunun 29-dək davam edəcək.
 
Müəllif: Azerifootball.com     Çap et Geri Yuxarı
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq2866
2AZAL2858
3İnter2841
4Simurq2836
5Bakı2831
6Qəbələ2829
7AZAL2827
8Rəvan2823
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

28

11.05.2019
15:00
Səbail
Keşlə
1
4
16:00
Sabah
FC Zire
0
3
16:00
Sumqayıt
Qəbələ
1
0
18:00
Neftçi
Qarabağ
2
3



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.