Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Klub xəbərləri
16.05.2012 / 0 şərh / 11933 -dəfə baxılıb

Yunis Hüseynovun ilk transferi

Premyer Liqada ikinci yeri tutmaqla Avropa Liqasına vəsiqə qazanan “Xəzər Lənkəran” ilk transferini reallaşdırıb. Buxarest “Dinamo”sunun müdafiəçisi Manuel Skarlatakenin keçidi ilə bağlı danışıqlar müsbət yekunlaşıb. Bu barədə “Xəzər Lənkəran” klubunun rəisi Səməd Mustafayev məlumat verib.

“Artıq Skarlatakeni komandamızın üzvü saymaq olar. “Xəzər Lənkəran” və “Dinamo” klublarının razılığı ilə Manuel növbəti mövsümdə komandamızın formasını geyinəcək. Onunla 2 il müddətinə müqavilə bağladıq” – deyə, Mustafayev bildirib.

“Xəzər Lənkəran” rəsmisinin sözlərinə görə, müqavilə bağlanmasına baxmayaraq, Skarlatake hələlik “Dinamo”nun heyətinə oynayacaq: “Belə razılıq əldə olundu ki, Manuel komandasının Rumıniya çempionatının qalan 2 və kubokun final matçında iştirak edəcək. Amma bundan sonra bizim futbolçu sayılacaq. Çünki Manuelin bütün transfer hüquqları “Xəzər Lənkəran”a məxsusdur”.

Xatırladaq ki, Manuel Skarlatake ötən ilin qışında da “Xəzər Lənkəran”a gəlmişdi. O, yarım mövsüm cənub təmsilçisində oynadıqdan sonra “Dinamo”ya qayıtmışdı.
 
Müəllif: Azerifootball.com     Çap et Geri Yuxarı
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1127
2AZAL1119
3İnter1118
4Simurq1114
5Bakı1111
6Qəbələ1111
7AZAL1110
8Rəvan119
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

11

09.11.2019
15:00
Qəbələ
Səbail
3
0
17:00
Keşlə
Neftçi
2
1
10.11.2019
16:00
Sabah
Sumqayıt
1
3
19:00
Qarabağ
FC Zire
1
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.