Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Klub xəbərləri
19.05.2012 / 0 şərh / 10652 -dəfə baxılıb

Neftçidə islahatlar başladı

"Neftçi"nin ölkə kubokunu əldə edə bilməməsi komanda daxilində olan problemləri də üzə çıxardı. Hamıya mehriban ailə, sıx birləşmiş kollektiv kimi təqdim edilən paytaxt klubu "Qızıl dubl" edə bilməyincə komandada bəzi narazıların olduğu üzə çıxdı.

"Bakı"ya 0:2 hesabı ilə uduzan "ağ-qaralar"dan ayrılacaq futbolçulardan ikisi dəqiqləşib. Bunlar Slavço Georgievski və Denis Silvadı. Düzdü, mövsümün son matçında hər 2 futbolçu ilk "11-lik"də yer almışdı. Amma ilk yarıda ümidləri doğrultmayan Georgievski fasilədə Cavid İmamverdiyevlə əvəzləndi. Buna etiraz edən makedoniyalı yarımmüdafiəçi qarşılaşmanın ikinci hissəsini ehtiyat oyunçular skamyasından deyil, tribunadan izlədi. Onun hərəkətini çempion üçün biabırçılıq hesab etmək olar. Matçın 82-ci dəqiqəsində qırmızı vərəqə alaraq komandasını azlıqda qoyan Denis isə oyunun başa çatmasını gözləmədən həyat yoldaşı ilə birgə stadionu tərk etdi.

Təbii ki, ölkənin ən titullu klubu üçün bu intizamsızlıq yolverilməzdi. Amma baş məşqçi Böyükağa Hacıyev bunun səbəbini intizamsızqla deyil, futbolçuların komandaya lazım olmadıqlarını bildikləri üçün bu addımı atmaları ilə izah edib: "Onlar komandada qalmayacaqlar. Onların müqaviləsi başa çatıb. Elə buna görə də bu cür oynadılar".

Ancaq Böyükağa bəyin bu açıqlamasının heç bir əsası yoxdu. Çünki Slavço komandanın "motor"u sayılırdı və demək olar, bütün qarşılaşmalarda start heyətində olaraq "Neftçi"nin vazkeçilməzlərindən hesab olunur. Zədəli və ya cəzalı olmadıqda Silva da daim 90 dəqiqə mübarizə aparırdı. Ona görə də bunu onların komandaya lazım olmaması kimi qələmə vermək gülüncdü. Sadəcə, Hacıyev finaldakı məğlubiyyəti bu legionerlərin üzərinə atmağı vəziyyətdən ən yaxşı çıxış yolu hesab etdi.
Müəllif: Azerifootball.com     Çap et Geri Yuxarı
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1127
2AZAL1119
3İnter1118
4Simurq1114
5Bakı1111
6Qəbələ1111
7AZAL1110
8Rəvan119
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

11

09.11.2019
15:00
Qəbələ
Səbail
3
0
17:00
Keşlə
Neftçi
2
1
10.11.2019
16:00
Sabah
Sumqayıt
1
3
19:00
Qarabağ
FC Zire
1
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.