Klub xəbərləri
- 13.06.2012 / 0 şərh / 15618 -dəfə baxılıb
Növbəti mövsüm üçün iddialı heyət qurmağı planlaşdıran "Simurq" Peşəkar Futbol Klubu bir neçə futbolçusu ilə də müqavilələrinin müddətini artırmaqda davam edir.
Qərib İbrahimovdan sonra komandamız Rasim Ramaldanovla yeni razılaşmanı rəsmiləşdirib. Mərkəz müdafiəçisi daha bir il "Simurq"un kapitan sarğısını daşıyacaq.
2008-ci ildən Zaqatala təmsilçisinin formasını geyinən Rasim Ramaldanov ötən mövsüm 24 qarşılaşmada forma geyinib və 2 dəfə rəqib qapıçılarını məyus edib.