Klub xəbərləri
- 15.06.2012 / 0 şərh / 15201 -dəfə baxılıb
Premyer Liqanın yeni mövsümünə hazırlıqları Sloveniyada keçirəcək “Rəvan” klubunun təlim-məşq toplanışı zamanı üç yoldaşlıq görüşündə qüvvəsini sonayacağı nəzərdə tutulub.
Klubdan verilən məlumata görə, həmin oyunlarda komandanın potensial rəqibləri “Yagelloniya” (Polşa), “Visla” (Polşa), “Antalyaspor” (Türkiyə), “Vlazniya” (Albaniya), “RAD” (Serbiya), “OFK” (Serbiya) klublarıdır.
Qeyd edək ki, komandaya yeni mövsümdən Türkiyəli mütəxəssis Cevat Gülər başçılıq edəcək.
Paytaxt təmsilçisinin iyunun 20-dən başlayacaq hazırlıq prosesinə komandanın yeni transferi Hüseyn Axunov da qatılacaq.