Klub xəbərləri
- 26.06.2012 / 0 şərh / 28182 -dəfə baxılıb
Avstriya toplanışının 20-ci günündə komandamız üçuncü yoxlama oyununa çıxıb. Tirol vilayətinin Kösses qəsəbəsində baş tutan matçda sınaqçı rəqib Rumıniyanın gümüş medalçısı " Vasluy" komandası olub.
"Xəzər Lənkəran" meydana bu start heyəti ilə çıxıb: Kamran Ağayev, Eder Bonfim, Manuel Skarlatake, Ruslan Abışov, Elnur Allahverdiyev, Adrian Pits, Qoran Mujanoviç, Kim Aabeçh, Rikardo Qomeş, Roberto Alviz, Rahid Əmirquliyev.
İlk hissədə komandamız bir neçə dəfə qol şansı qazansa da ələ düşən imkanları boşa verib. Rəqib isə əksinə matçın üçüncü dəqiqəsində müdaifəmizin çaşqınlığından maksimum istifadə edərək hesabı açıb.
Fasilədən sonra baş məşqçi Yunis Hüseynov Rendal Brenes, Elnur Abdullayev və Radomir Todorovu meydana buraxıb. Buna qədər isə baxışda olan xorvat futbolçu Qoran Mujanoviç və danimarkalı Kim Aabeçhi müvafiq olaraq Sadio Tounkara və Branimir Subaşiç əvəzləmişdi. İkinci hissə tamamilə " Xəzər Lənkəran"ın üstünlüyü şəraitində keçdi ki, Eder Bonfimin rəqibin cərimə meydanına havalandırdığı topu 65-ci dəqiqədə hucuma qoşulan Manuel Skarlatake başla qapıdan keçirib tarazlığı bərpa etdi. Qoldan sonra da komandamız bir neçə dəfə təhlükəli vəziyyət yaratsa da hesab dəyişmədi - 1:1