Klub xəbərləri
- 26.06.2012 / 0 şərh / 27716 -dəfə baxılıb
`Qarabağ` 2012-2013 mövsümünə start verir. Mayın 11-də başa çatan ötən mövsümdən sonra istirahətə yollanan komandamız bugün yeni futbol ilinə qədəm qoyacaq. Artıq komandamızın legionerləri də komandamızın düşərgəsinə gəlib.
Bugün saat 18:00-da məşqə çıxacaq komandamız ilk hazırlığını Suraxanı qəsəbə stadionunda edəcək.
Ayın 29-na kimi Bakıda çalışacaq komandamız İyunun 30-da təlim-məşq toplanışı üçün Türkiyəyə yola düşəcək.