Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Klub xəbərləri
14.01.2012 / 0 şərh / 1530 -dəfə baxılıb

Danildo Assioli: Mən öz komandamın çempionluğuna inanıram

Qış fasiləsinə ikinci pillədə yollanan “İnter” üçün geridə qalan 18 turu uğurlu qiymətləndirmək olar. Ardıcıl 14 turdur məğlubiyyət üzü görməyən “bankirlər” qış fasiləsinə ikinci pillədə yollandılar. Bundan başqa, Kaxaber Tsxadadzenin başçılıq etdiyi komanda lider “Neftçi” və çempionluğa əsas iddiaçılardan olan “Xəzər Lənkəran”ı hər iki oyunda məğlub edən yeganə klub olmaqla da diqqət çəkdi. Bununla da çempionluq şanslarını xeyli artırmış oldular.

Halbuki mövsüm öncəsi çoxları “İnter”i mükafatçılar sırasında görmürdü. Əslində, bunun da səbəbi var idi. Çünki ötən mövsümlə müqayisədə bu il “İnter” heyət baxımından bir qədər zəifləmişdi. Bir neçə aparıcı üzvünü itirən “bankirlər” əvəzində yerli futbolçularla güclənmişdi. Lakin qeyd etdiyimiz kimi, Tsxadadze yerli və gəlmələrin vəhdətindən möhkəm kollektiv qura bildi.

Bu kollektivdə yer alan futbolçulardan biri də Danildo Assiolidir. Artıq neçə ildir ki, Bakı klubunun şərəfini qoruyan futbolçu komandasının çempionluğu qazanacağına inanır. Bizimlə söhbətində müdafiəçi həm geridə qalan 18 turu dəyərləndirdi, həm də komandasının çempionluq şansından danışdı: “Mövsümə o qədər də yaxşı başlamadıq. Oyun baxımından deməzdim ki, hər şey pis idi. Lakin nəticələr istədiyimiz kimi olmadı. “Qarabağ”a məğlub olduq, “Bakı” ilə oyundakı məlum hadisələrdən sonra texniki məğlubiyyət aldıq və turnir cədvəlində əsas rəqiblərimizdən bir qədər aralı düşdük. Lakin sonradan özümüzə gəldik və uğurlu oyunlar keçirdik. Hər halda, ard-arda 14 tur məğlubiyyətsiz irəliləməyimiz bunu deməyə əsas verir. Bunun nəticəsində qış fasiləsinə ikinci pillədə yollandıq. Bəzi oyunlarda xal itirməsəydik, birinci yerdə də qərarlaşa bilərdik. Bununla belə, liderdən cəmi 1 xal geri qalırıq və uğurlu seriyanı qış fasiləsindən sonra da davam etdirə bilsək, ilk sıraya yüksələ bilərik. Şəxsən mən baş məşqçimizə, komanda yoldaşlarıma çox inanıram. İnanıram ki, yüksək səviyyədə qış hazırlığı keçəcəyik və bunun da bariz nəticəsini fevraldan sonra görəcəyik. Düzdür, bizi çox ağır oyunlar gözləyir. Çünki çempionat, həqiqətən də, maraqlı və gərgin keçir, bir neçə komanda çempionluğu hədəfələyib, heyətlərində güclü futbolçular var. Buna baxmayaraq, mən öz komandamın çempionluğuna inanıram”.
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq721
2AZAL711
3İnter711
4Simurq710
5Bakı78
6Qəbələ77
7AZAL75
8Rəvan75
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

8

19.10.2019
17:00
Qəbələ
Qarabağ
-
-
19:00
Keşlə
Sabah
-
-
20.10.2019
17:00
Neftçi
FC Zire
-
-
19:00
Səbail
Sumqayıt
-
-



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.