Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Klub xəbərləri
16.01.2012 / 0 şərh / 2021 -dəfə baxılıb

"Bakı"dan ayrılan futbolçu "Xəzər Lənkəran"a keçməyə hazırdır

 “Klubla müqavilə müddətim başa çatdı. Rəhbərlik və baş məşqçi ilə söhbətdən sonra məlum oldu ki, yeni müqavilə imzalamayacaqlar. Belə deyək də, mənə dedilər ki, komandaya lazım deyilsən. Daha doğrusu, burada rəhbərliyi günahlandırmıram, çünki bu qərarı baş məşqçi verdi. Nə eləyə bilərəm, baş məşqçi bu cür qərar verirsə, hörmətlə yanaşıram. Futbolda bu cür hallar tam normaldır. Məşqçi kimisə istəyir, kimisə yox. İndi Starkov da yeni futbolçular almağı düşünür, ona yeni oyunçular lazımdır”. Bates Starkovla aralarında hər hansı bir futboldan kənar problemin olmadığını bildirdi: “Yox, baş məşqçi ilə aramızda heç bir problem yox idi. Problem sırf futbolla bağlı idi. Yəni o, məni öz komandasında görmək istəmirdi və bu üzdən də rəhbərlik müqavilənin müddətini uzatmadı. Mən də qərarı hörmətlə qarşılayıb düşərgədən ayrıldım”. Bu sözləri "Bakı" klubundan ayrılan Stefan Btes deyib.

Serbiyalı futbolçu yeni təkliflər haqda da danışdı: “Hələlik daha bir neçə gün Bakıda qalacağam. Ardından Serbiyaya yollanacağam. Orada fərdi şəkildə məşqlərimi davam etdirəcəyəm ki, formamı saxlayım. Daha sonra təkliflərə baxacağam. Ola bilər ki, karyeramı Azərbaycanda davam etdirdim. Əgər buradan təkliflər olsa, qayıda bilərəm. Alınmasa, Serbiyadakı klubların biri ilə razılığa gələcəyəm”. Stefan “Xəzər Lənkəran”a keçəcəyi ilə bağlı əldə etdiyimiz məlumata da münasibət bildirdi: “Xəzər Lənkəran”ın baş məşqçisi Cüneyt Biçəri çox gözəl tanıyıram. O, əvvəllər “Bakı”da işləyib, komanda onun rəhbərliyi altında ölkə kubokunu qazanıb, çempionatın gümüş medallarına sahib çıxıb. Mən də həmin vaxt Biçərin rəhbərliyi altında oynayırdım. Hətta o vaxt biz çempion da ola bilərdik. Bunun üçün bizə yalnız 1 xal çatmadı. O ki qaldı Lənkəran klubuna keçidimə, açığı, bu komandadan hələ təklif almamışam. Əgər alsam, qəbul edərəmmi? Niyə də yox? Artıq 2 ildir Azərbaycanda oynayıram, burada yaşayıram, ölkəni tanıyıram, klublarına bələdəm. Odur ki, karyeramı Azərbaycanda davam etdirməyi mən də çox istəyirəm”.

Bates “Bakı”da keçirdiyi 2 il haqqında təəssüratlarını da bizimlə bölüşdü. O, paytaxt klubunun yaddaşında xoş izlər buraxdığını bildirdi: “Bakı”dan təbii ki, narazı getmirəm və bu klub yaddaşımda yaxşı mənada iz buraxdı. Burada oynadığım müddətdə özümə yeni dostlar qazandım, komanda yoldaşlarımla, rəhbərliklə münasibətim həmişə əla olub, aramızda heç bir problemdən söhbət gedə bilməz. Yaxşı nəticələrimiz də olub. İki il Bakıda yaşadım, şəhəri çox bəyəndim, buradakı həyatım ürəyimcə idi. Sağ olsunlar, klubumuzun prezidenti Hafiz Məmmədova, baş menecerimiz Zeynal Məmmədova öz minnətdarlığımı bildirirəm. Mən də çox təəssüflənirəm ki, “Bakı”dan ayrılıram. Çünki qalıb bu gözəl kollektivdə oynamaq istərdim. Sadəcə, dediyim kimi, baş məşqçi məni komandada görmək istəmədiyi üçün ayrılmalı oldum. Az öncə də qeyd etdim, futbolda bu cür hallar normaldır, bu gün bu komandadasan, sabah yeni məşqçi gələndə, ona lazım olmaya bilərsən”.

 
Müəllif: azerifootball.com     Çap et Geri Yuxarı
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq721
2AZAL711
3İnter711
4Simurq710
5Bakı78
6Qəbələ77
7AZAL75
8Rəvan75
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

8

19.10.2019
17:00
Qəbələ
Qarabağ
-
-
19:00
Keşlə
Sabah
-
-
20.10.2019
17:00
Neftçi
FC Zire
-
-
19:00
Səbail
Sumqayıt
-
-



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.