Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Klub xəbərləri
17.01.2012 / 1 şərh / 2095 -dəfə baxılıb

Əfran İsmayılov: Xəzər Lənkərana, Neftçiyə, Bakıya gedən deyiləm - MÜSAHİBƏ

Azərbaycan futbolunun son illər yetişdirdiyi ən yaxşı oyunçulardan biri sözsüz ki, Əfran İsmayılovdur. “Qarabağ”ın indiyə qədər həyata keçirdiyi ən yararlı seçimdə üzə çıxan Əfrana cəmi 17 yaşı olarkən Rasim Kara şans yaratmışdı. Düzdür, sonradan “Turan”a icarəyə verilən Əfran İsmayılov Rasim Karadan incimişdi. Amma nəticədə “Turan”a gedişi karyerasının bir sıçrayış nöqtəsi oldu. Qısamüddətli icarədən qayıtdıqdan sonra “Qarabağ”ın əsas heyətində möhkəmlənən İsmayılov yerini indiyə kimi heç kimə vermir. Onun fikrincə, çox çalışmaq yerini mütəmadi qorumaqla yanaşı, həm də futbolçuya əlavə göstəricilər bəxş edir: “Sözsüz ki, “Qarabağ” kimi iddialı komandanın əsas heyətində oynamaq olduqca çətindir. Amma bunun öhdəsindən gəlmək elə də böyük iş deyil. Sadəcə olaraq, öz üzərində daha çox işləməlisən ki, yerini heç kimə verməyəsən. Mən də öz qüvvəmi daim komandam üçün xərcləyirəm, başqa şeylər üçün deyil”.

Azərbaycan çempionatında çox az sayda futbolçu ölkə xaricində oynamağa qadirdir. Onlardan biri də Əfrandır. Beynəlxalq görüşlərdə daha yaxşı təsir bağışlayan Əfranın əslində, ölkə xaricinə getmək üçün bir neçə dəfə şansı yaranıb. Amma futbolçu hələ ki, bu arzusunu təxirə salmaq məcburiyyətindədir: “Türkiyədən dəvət var idi. Lakin düşündüm ki, BATE ən yaxşı seçim ola bilər. Çünki az qala hər il Çempionlar Liqasının qrupunda mübarizə aparır. Əvvəlcədən də niyyətim olub ki, bu tip klublardan birinə keçim. “Bank Asiya” birinci liqa klubları çox azərbaycanlı ilə maraqlanırlar. Mənə də mütəmadi dəvətlər olur. Bu çempionata hərə bir cür yanaşır. Kimi inkişaf üçün məkan, kimi də adi çempionat hesab edir. “Bank Asiya”ya üstünlük verənlərin çoxu dil məsələsini əsas gətirir. Amma mənim üçün “Bank Asiya” elə də maraqlı çempionat deyil. Oraya getməkdənsə, elə qalıb “Qarabağ”da oynayaram. Bir məsələni də əlavə edim ki, Azərbaycan klublarının çoxu mənə maraq göstərir. Amma burada yalnız “Qarabağ”ın formasını geyinəcəyəm. İstəsələr də, istəməsələr də “Xəzər Lənkəran”a, “Neftçi”yə, “Bakı”ya gedən deyiləm. Ölkə xaricində oynasam və bir gün qayıdası olsam, yenə “Qarabağ”a gələcəyəm. Çünki dostlarım, qardaşlarım “Qarabağ”dadırlar. Bu komandadan heç vaxt ayrılmaq istəməmişəm. Güvəndiyim menecerim, yaxın dostlarım, böyüklərim var ki, ilk növbədə onlardan məsləhətlər almalı idim. Məsləhət verənlər dedilər ki, indi Azərbaycanda qal, tam formaya düşdükdən sonra yayda ölkədən gedərsən”.

Ümumiyyətlə, “Qarabağ”da lider anlayışı olmasa da, Əfran İsmayılovun bacarığı imkan verir ki, onu müəyyən mənada fərqləndirəsən. Oyunlarda həyəcansız görünən İsmayılovun liderliyi öz üzərinə götürmək bacarığı var. Məsələn, ciddi zədədən sonra sıraya qayıdan Əfran “Neftçi”yə qarşı İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirilən oyunda dubl etmişdi. Bir məsələni də unutmaq olmaz ki, Roşanın gəlişindən sonra həm Rəşad Sadiqovun, həm də Əfran İsmayılovun işi bir qədər yüngülləşmişdi. Çünki Roşa mərkəzdə topu özündə rahatca saxlamaqla yanaşı, həm də adlarını çəkdiyimiz oyunçuları hücuma qoşa bilirdi. Amma xəbər verdiyimiz kimi, ənənəvi intizamsızlığını yerə qoymayan Roşa komandadan qovulub. Görəsən, Əfran onun gedişi barədə hansı fikirdədir: “Roşa heç bilmirəm haradadır. Onu məşqlərdə görməmişəm. Bizim komandaya gələndən sonra Qurban Qurbanov onu adam eləmək istəyirdi. Onda qəribə bir xasiyyət var. Açığı, onun öz aləmi, öz fikri var. Publikaya oynayan futbolçudur. Qurbanov onu bundan çəkindirib, adam vəziyyətinə gətirmək istəyirdi. Amma o adam olmaq istəmədi. Öz həyatını yaşamaq istədi. Deyəsən, burada yaşamaq istəmir. O, doğru yolda bir az irəliləyib, geri qayıdırdı. Çünki bu yola deyil, başqa, lazımsız yola uyğunlaşıb. Roşa gördü ki, düzgün yolda gedə bilmir, yəqin ki, bu baxımdan qayıtmayacağını bildirib. Qoy çıxsın getsin”.

Artıq hər kəs düşünür ki, “Qarabağ” çempion olmalıdır. Çünki ağdamlılar neçə ildir çempionatı mükafatçılar sırasında bitirsələr də, birinciliyə müvəffəq ola bilmirlər. Bu arzunun reallaşması üçün Ağdam klubunda ruh var, sadəcə olaraq, heyətin bir qədər gücləndirilməsinə, ehtiyat qüvvənin artırılmasına ehtiyac var. Əfran İsmayılov da düşünür ki, heyət mütləq gücləndirilməlidir: “Düşünürəm ki, bizim heyətdə çox yaxşı oyunçular var. Düzdür, son zamanlar milli komandaya dəvət alan futbolçularımızın sayı bir qədər azalıb. Amma bu o demək deyil ki, onlar milliyə layiq deyillər. Sadəcə olaraq, belə məsləhətdir. Düşünürəm ki, komandamızın heyətinə güc qatmaq lazımdır. Eşitdiyimə görə, Antalya toplanışında yeni oyunçular cəlb olunacaq. Ən azı iki yeni oyunçu cəlb olunsa, bu, yalnız ümumi işin xeyrinə işləyəcək. Antalyada baxışa futbolçu cəlb edib, onları yoxlamaq imkanımız olacaq. Bildiyiniz kimi, rəqiblərimiz də müəyyənləşib. Biz elə-belə komandalara deyil, öz ölkəsinin tanınmış klublarına qarşı oynayacağıq. Hesab edirəm ki, Antalya toplanışından tam hazır vəziyyətdə qayıdıb, çempionatda işimizi görəcəyik”.

Qeyd edək ki, birinci dövrənin sonuna 4 tur qalarkən “Qarabağ” ilk “altılıq”da qərarlaşıb.
 
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq822
2AZAL814
3İnter812
4Simurq810
5Bakı810
6Qəbələ88
7AZAL86
8Rəvan86
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

8

19.10.2019
17:00
Qəbələ
Qarabağ
1
1
19:00
Keşlə
Sabah
1
1
20.10.2019
17:00
Neftçi
FC Zire
3
0
19:00
Səbail
Sumqayıt
0
2



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.