Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Klub xəbərləri
17.01.2012 / 0 şərh / 2656 -dəfə baxılıb

"Kamran Ağayev karyerasını Avropada davam etdirməlidir"

“Sumqayıt” ilk dövrəni zəif keçirsə də, komandanın heyətində bəzi futbolçular özlərini yaxşı tərəfdən göstərə bildilər. Onlardan biri də Andrey Popoviç oldu. Gənc qolkiper əksər oyunlarda “Sumqayıt”ın liderinə çevrildi. Təkcə Mehdi Hüseynzadə adına stadionda “Qarabağ”la keçirilən matçı xatırlasaq, bəs edər. Həmin görüşdə Popoviç 11 real qol epizodunda qapısının toxunulmazlığını saxlamağı bacardı və nəticədə komandasına təkbaşına 1 xal qazandırdı. Meydançada olduğu digər qarşılaşmalarda da əla reaksiyaları ilə səviyyəsini ortaya qoydu. Təsadüfi deyil ki, Popoviç hətta milli komandamıza da dəvət edildi. Albaniya ilə yoldaşlıq görüşündə yığmamızın qapısı ona həvalə olundu və 19 yaşlı çərçivə qoruyucusu məşqçilərin etimadını doğrultdu. Bəlkə də, iddiası güclü olmayan klubda çıxış etməsi onun karyerasına təsirsiz ötüşməyəcək. Həm bu, həm də digər məsələlər barədə söhbət etmək üçün Andreylə əlaqə saxladıq.

“İlk qələbədən sonra özümüzə inamımız artdı”

- “Sumqayıt” qış fasiləsinə 11-ci pillədə yollandı. Komandanın ilk dövrədəki çıxışını necə dəyərləndirirsən?

- Məncə, pis çıxış etmədik. Düzdür, komanda uzun müddət öz oyununu tapa bilmədi. Ona görə də özümüzəinam azalmışdı. Lakin çətin vəziyyətdən çıxa bildik. İlk qələbədən sonra uşaqlar özlərinə güvənməyə başladılar.

- Hazırda autsayderlər qrupunda qərarlaşmısınız. Necə düşünürsən, ikinci dövrədə turnir cədvəlində irəliləyə biləcəksinizmi?

- Bunu bacaracağımıza əminəm. Fikrimcə, ikinci dövrədə daha yaxşı oyun nümayiş etdirəcəyik.

“Mahmud bizdən məsləhətlərini əsirgəmir”

- Turnir cədvəlinə nəzər saldıqda görərik ki, Premyer Liqada qalmaq uğrunda əsas rəqibləriniz “Kəpəz”lə “Turan”dır. Razısan mənimlə?

- Razıyam. Ancaq biz təkcə çempionatda qalmaq uğrunda mübarizə aparmaq istəmirik. Bacardığımız qədər irəliləmək fikrindəyik. Nəyə görə “Rəvan”a çatmayaq? Bunun öhdəsindən gələ bilərik.

- İndiki heyətlə “Rəvan”a çatmaq çətin olmayacaq?

- Məncə, çətin olmaz. Bir də yəqin ki, fasilə dövründə heyətimizə əlavə futbolçular cəlb olunacaq. Bax, onda rəqiblərimizlə mübarizə aparmaq bizim üçün daha asan olacaq.

- Kimi “Sumqayıt”ın lideri hesab edirsən?

- Bizim xüsusi bir liderimiz yoxdur. Hamı bərabərdir.

- “Sumqayıt”da Mahmud Qurbanovdan savayı, demək olar ki, bütün futbolçular gəncdirlər. Mahmuda qarşı münasibətin necədir?

- Əladır. Mahmud çox təcrübəli futbolçudur. O bizdən məsləhətlərini əsirgəmir və hamımıza dəstək olur.

“Kamran karyerasını Avropada davam etdirməlidir”

- Artıq Azərbaycanda özünü göstərə bilmisən. Yəqin ki, karyeranı daha güclü çempionatda davam etdirmək istərdin...

- Əlbəttə. Karyeramı Avropa ölkələrinin birində davam etdirsəm, pis olmaz.

- Hazırda transfer dövrüdür. Əcnəbi klublardan heç təklif gəlibmi?

- Hələlik yox. Görək, yayda necə olacaq.

- Avropaya nə qədər tez üz tutsan, bir o qədər yaxşıdır...

- Başa düşürəm. Yəqin yayda təkliflər gələr.

- Son vaxtlar əsas yığma komandamıza da dəvət alırsan. Necə düşünürsən, Azərbaycan millisində möhkəmlənə biləcəksənmi?

- Əlimdən gələni etməyə hazıram. Zənnimcə, yığmada möhkəmlənə biləcəyəm. Hər halda, potensialım buna imkan verir.

- Millidə əsas heyətə düşmək üçün Kamran Ağayevlə rəqabət aparmalısan. Maraqlıdır, Kamranı güclü qapıçı hesab edirsənmi?

- Kamran, həqiqətən də, güclü qapıçıdır. Üstəlik, yaxşı insandır. Mənə elə gəlir ki, Ağayev karyerasını Avropada davam etdirməlidir. Çünki artıq vaxtıdır.

“İnter” stabil və ağıllı oyun göstərən komandadır”

- Kamrandan başqa, daha kimləri Avropada oynamaq gücündə hesab edirsən?

- Hazır futbolçular yetərincədir. Adlarını bir-bir çəksəm, çox vaxt alar.

- Azərbaycan çempionatında çıxış edən hansı qapıçını ən güclü sayırsan?

- Stabil oyun göstərən qapıçılar çoxdur. Ancaq mən iki nəfəri xüsusi fərqləndirərdim: Georgi Lomaya və Kamran Ağayev.

- Sənə görə hansı komanda cari mövsümdə çempionluğa ən real namizəddir?

- Proqnoz verməyi xoşlamıram. Amma yenə də “Neftçi”nin çempion olacağını düşünürəm.

- Bəs çempionatımızda çıxış edən hansı komandanın oyununu daha çox bəyənirsən?

- “İnter”in. Çünki bu komanda stabil və ağıllı oyun göstərir.

“Hər oyundan və məşqdən sonra özüm-özümü tənqid edirəm”

- Sözlərindən belə başa düşdüm ki, Kaxaber Tsxadadzenin taktikası xoşuna gəlir...

- Elədir. Yadımdan çıxmışdı, bir də “Qarabağ”ın oyununu bəyənirəm.

- Yeri gəlmişkən, “Qarabağ”la Sumqayıtdakı qarşılaşma karyeran ərzində ən uğurlu oyunlarından biri, bəlkə də, birincisi oldu...

- Razıyam. Həmin matçda çox cəsarətli oynamışdım (gülür).

- Bütün qapıçılar kimi, sənin də çatışmayan cəhətlərin var. Maraqlıdır, özünü tənqid etməyi bacarırsanmı?

- Bəli. Hər oyundan və məşqdən sonra özüm-özümü tənqid edirəm. Bunu bacarmasan, inkişaf edə bilmərsən.

- Gələk sonuncu suala. Azərbaycan çempionatında çıxış edən hansı hücumçudan ehtiyatlanırsan?

- Rauf Əliyev yaxşı hücumçudur. Ancaq o hələ mənə qol vura bilməyib (gülür).
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq822
2AZAL814
3İnter812
4Simurq810
5Bakı810
6Qəbələ88
7AZAL86
8Rəvan86
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

8

19.10.2019
17:00
Qəbələ
Qarabağ
1
1
19:00
Keşlə
Sabah
1
1
20.10.2019
17:00
Neftçi
FC Zire
3
0
19:00
Səbail
Sumqayıt
0
2



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.