Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Klub xəbərləri
17.01.2012 / 3 şərh / 2187 -dəfə baxılıb

Röyanını sevən, Nizamini oxuyan, Rednikə xəbərdarlıq edən Böyükağa Hacıyev - MÜSAHİBƏ

Azərbaycanın əməkdar məşqçisi Böyükağa Hacıyevlə söhbətimizin budəfəki hissəsi daha çox təcrübəli mütəxəssisin şəxsi həyatına həsr olunub. Amma futbolsuz da keçinmək olmur. Məsələni hara fırlatsan da, Hacıyev nəyisə izah etmək üçün futbola baş vurur. Məşqçi kimi özünəməxsus hərəkətləri olan Hacıyevin şəxsi həyatda necə biri olduğunu, nə bacardığını, nəyə üstünlük verdiyini bu yazı hesabına sizə təqdim etməyə çalışacağıq...

“Mən Rednikə bir dəfə xəbərdarlıq etmişdim”

- Hamıya məlumdur ki, “Xəzər Lənkəran” klubunda ikincilik qəbul olunmur. Kuboku çıxmaqla əlahiddə heç nə ilə yadda qalmayan Mirça Rednikin lənkəranlı azarkeşlər niyə bu qədər çox sevirdilər?

- Rednik Rumıniyada anadan olsa da, Belçikada yaşayır. Təsəvvür edin ki, Avropa siviliyaziyasından gəlib düşür Lənkərana. Əyalətdə nə deyirsə, tamaşaçı da onu edir. Bu yaranan avtoritetdən sui-istifadə kimi də qəbul oluna bilər. Və başlayır belə çıxışlar etməyə. Mən ona bir dəfə xəbərdarlıq etdim.

- Çempionat ərzində ən razı qaldığınız futbolçu kim oldu?

- Komandadan razı qaldım. Futbolçular yaxşı təsir bağışladılar. Ruslan Əmircanov, Ruslan Abışov, Rail Məlikov, Rəşad Abdullayev eləcə də adlarını çəkmədiyim digərləri yaxşı oyunlar sərgilədilər.

- Bəs gözlədiyinizdən çox aşağı səviyyədə oynayan kim oldu?

- Emil Mpenza.

- Azərbaycanda legioner limitinin dəyişməsi ilə bağlı tez-tez müzakirələr olur. Əgər əcnəbilərin sayı azalsa, reaksiyanız necə olar?

- Mənim üçün fərq eləməz. Hər vəziyyətdən çıxaram.

“İstəyirsən, gəl neft sənayesindən danışaq”

- Danışığınızdan hiss olunur ki, sizin söz ehtiyatı ilə bağlı probleminiz yoxdur. Maraqlıdır, siz hansı şair, yazıçıları bəyənir, kimin fikirlərinə üstünlük verirsiniz?
- Əvvəla onu deyim ki, mən tarix fakültəsini bitirmişəm. Mən bütün savadlı insanlara hörmət edirəm, onlara dərin ehtiramımı bildirirəm. Bu gün baxmayaraq ki, mən məşqçiyəm istəyirsiniz gəlin, Azərbaycanın neft sənayesindən danışaq. Dünya görüşüm, baxış tərzim bir qədər böyükdür. Bu günləri mən sizə kimləri deyim ki, mən oxuyuram. Mən bugünə kimi bütün klassiklərimizi oxumuşam. Səhərdən axşama kimi Nizamini oxuyaram, doymaram. Füzulini oxuyaram yorulmaram. Eyni zamanda Hüqonu mütailə edərəm. Bütün bunlar mənə bezdirici gəlməz, əksinə yeni-yeni nüanslar öyrənərəm. Bir məsələni də vurğulamaq lazımdır ki, Azərbaycan ədəbiyyatı həddindən artıq zəngindir. Yəqin ki, məşqçilərdən çox tez-tez danışırsınız. Aradan birindən xahiş elə sənə bir şer desin. Yaxşı məşqçi olmaq üçün ədəbiyyatdan bir qədər başın çıxmalıdır. Eyni zamanda sənin bir ilham pərin olmalıdır. Bunu unutma.

- Maraqlıdır, sizin ilham pəriniz kimdir?
- Bu, mənim şəxsi həyatımdır. Ad açıqlamaq istəmirəm. Amma unutma ki, hər adamda ilham pərisi olmalıdır. Hansı sahədə istəsəniz söhbət edə bilərəm. Mən bu gün yorulmadan 365 gün futboldan danışaram. İrana gedənə kimi düşünürdüm ki, mənim üçün futbolda sirli heç nə yoxdur. Amma qürbətə çıxdıqdan sonra anladım ki, mən futbolun hələ əlifbasını bilirəm. İranda çox böyük bir akademiya keçdim. Hamıya, bütün məşqçilərimizə legioner həyatı yaşamağı arzulayıram. Mən Böyükağa Hacıyev kimi deyirəm. Məni tanıyanların birbaşa nökəriyəm. Məni tanımayanların isə birbaşa ağasıyam.

“Yeganə futbolçuyam ki, altı dəfə “Neftçi”dən dəvət almışam”

- Bildiyimizə görə, futbolçu karyeranızı birbaşa “Araz” klubuna həsr etmisiniz. Bunun səbəbi nədir?

- Bəli. Mən yeganə futbolçuyam ki, “Neftçi”dən 6 dəfə təklif almışam, amma getməmişəm. Bir futbolçu kimi heç vaxt “Neftçi” klubunun qapısını döyməmişəm. O vaxtı mən “Neftçi”yə gəlməyəndə Əhməd Ələsgərov Naxçıvana teleqram göndərdi ki, onun oynamasına qadağa qoyun. Allah təala, qismət elədi ki, mən bu gün “Neftçi”yə baş məşqçi gəldim. O adamlardanam ki, 15 il Naxçıvan futboluna xidmət etmişəm.

24 saat Röyaya qulaq asaram”

- Azərbaycanda adətən bir insanın bir sənəti olmur. Peşəkar futbolçu və ya məşqçi eyni zamanda, digər işləri də bacarırlar. Sizin belə istedadınız varmı?

- Açığı, hər hansı bir musiqi alətində ifa etməyi bacarmıram. Amma bir qədər bərkə salsanız, bəlkə nağara çalaram. Başqa heç nə. Hə bir də yolda maşının təkəri boşalsa, onu dəyişə bilərəm.

- Sovet dövründə böyüsəniz də hazırda, müstəqil Azərbaycanda yaşayırsınız. Maraqlıdır, sənət adamları arasında seçim etsəniz, hansı dövrün nümayəndələrinə üstünlük verərsiniz?

- Sənətə. Bu gün mən Röyaya 24 saat qulaq asaram. Yaxşı oxuyanlarımız var. İlqar Muradovu götürək. Onun çox həzin və məlahətli səsi var. Bir məsələni də əlavə edim ki, İlqar mənimlə bir sinifdə oxuyub. Onu lap çoxdan tanıyıram. Amma hər kəsin ürəyində bir sənətçinin öz yeri var. Sovet vaxtından indiyə kimi mən Flora xanım Kərimovanın vurğunuyam. Onda heç kimdə olmayan səs tembri var.

- Naxçıvanın zəngin mədəniyyəti ilə yanaşı, yaxşı mətbəxi də var. Sizin ən çox bəyəndiyiniz yemək hansıdır?

- Naxçıvan özünəməxsus bir yerdir. Doğuran da buranın çox zəngin mətbəxi var. Gəlin açıq danışaq. Bu gün mən bütün dünyanı gəzmişəm. Çox yerlərdə olub, çox mətbəxlərdən dadmışam. Amma anamın bişirdiyi əriştə aşının, daş köftənin yerini heç nə vermir (xeyli duruxur).

- Heç öz ailə tərkibiniz haqqında danışmadınız...

- İki oğlum var. Hər ikisi məktəbi və universiteti bitiriblər. Oğlanlarımdan biri “Azəriqaz”da çalışır. Digəri isə hələ fikirləşir ki, işləsin ya yox.

- Ailə həyatı qurublarmı?

- Yox, hələ cavandırlar.

- Deməli, ailədə yolunuzu davam etdirən yoxdur...

- Hə, bax elə indi mənim yaralı yerimə toxundun. Çox istərdim ki, özladlarımdan biri futbolçu olsun. Amma alınmadı.

- Böyükağa Hacıyev həyatda necə bir insandır?

- Mən bu yaşımdan sonra xəyanəti qəbul etmərəm. Burada necəyəmsə, hər yerdə beləyəm. Mən buyam. Süni olmağı heç vaxt sevməmişəm.
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

  • bu kisi mirtdi ee

    Aydin Manafov (aydin592) / 19.01.2012 12:11 /

  • Gor kim kime xeberdarliq edir Rednik zadegan neslindendir sadece olaraq o bizim cempionat ucun deil di allahin cindir ermenisi qederde deilik, gelki danishanda agzimiza qilli doshan yerleshmir, o ki qaldi futbola xezerin daxilinde baykot abu havasi olmasaydi neftci xezere hec qozda vura bilmezdi neceki bundan qabag olub indi de g.. bashina yaxir B KİSHİ "MUELLIM" kishi di bu. Hec olmasa danishma

    Emin Babayev (s_emin75) / 19.01.2012 10:00 /

  • Tarix fakültəsini bitirmiş, dünya görüşü, baxış tərzi bir qədər böyük olan, səhərdən axşama kimi Nizamini, Füzulini oxuyan, eyni zamanda Hüqonu mütailə edən bir insanin mentiqine baxin: « Rednik Rumıniyada anadan olsa da, Belçikada yaşayır. Təsəvvür edin ki, Avropa siviliyaziyasından gəlib düşür Lənkərana. Əyalətdə nə deyirsə, tamaşaçı da onu edir». Evvela onu düz buyurur ki, Rednik sivil bir insandir, buna hech bir shübhe yoxdur. (Halbuki bezileri onu qarachi adlandirirdilar). Əyalət azarkeshleri onu tekce sivil olduguna gore deyil, en bashlicasi, bezilerinden ferqli olaraq semimiliyine ve peshekarligina gore sevdi. Böyükaga muellim sakitleshmeyib daha derine gedir: « Mən ona bir dəfə xəbərdarlıq etdim». Görün kim kime xeberdarliq edir... Sadece Böyükaganin bexti onda getirdi ki, «Neftchi» üchün tehlukeni hiss eden AFFA ve PFL rehberlerinin eli ile Rednik komandadan uzaqlashdirildi. Umumiyyetle, özünü savadlı hesab eden, özüne hörmət edən adam hech vaxt öz hemkarina nesihet vermez.

    Фархад Насиров (rasim) / 19.01.2012 04:17 /

  • Şərh qoymaq üçün siz qeydiyyatı keçməlisiniz,
    və yaxud daxil olmalısınız

Turnir cədvəli

KlubOH
1Simurq721
2AZAL711
3İnter711
4Simurq710
5Bakı78
6Qəbələ77
7AZAL75
8Rəvan75
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

8

19.10.2019
17:00
Qəbələ
Qarabağ
-
-
19:00
Keşlə
Sabah
-
-
20.10.2019
17:00
Neftçi
FC Zire
-
-
19:00
Səbail
Sumqayıt
-
-



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.