Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Klub xəbərləri
18.01.2012 / 0 şərh / 1532 -dəfə baxılıb

“Neftçi” Antalya toplanışına məğlubiyyətlə başladı


Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Neftçi" hazırlıq prosesinin ilk mərhələsində bu gün ilk yoxlama oyununu keçirib.

Son Azərbaycan çempionunun rəqibi Almaniyanın II Bundesliqasında çıxış edən "Dinamo" (Drezden) klubu olub.

"Mardan" stadionunun ikinci meydançasında keçirilən görüşdə almanlar bir qol vuraraq, "Neftçi"nin Türkiyədəki ilk yoxlama oyununda məyus edib. Paytaxt təmsilçisi oyunun sonlarına yaxın bir nəfər azlıqda mübarizə aparmalı olub.

Böyükağa Hacıyev(“Neftçi”nin baş məşqçisi): Rəqib Almaniyanın ən köklü klublarından biridir. Oyun bərabər səviyyədə keçdi. Görüş heç-heçə başa çatsa idi, daha ədalətli olardı. Ümumilikdə, komandadan razı qaldım. Bəzi oyunçular öz üzərlərində işləməlidirlər. İkinci hissədə heyəti demək olar ki, bütünlüklə dəyişdim. Bu gün meydana çıxan Emin Mehdiyev, Kənan Manaflı, Elnur Soltanlının oyunu ümidvericidir. İnanıram ki, yaxın gələcəkdə onlar "Neftçi"nin əsas heyətində möhkəmlənəcəklər.

Ralf Lus(Drezden “Dinamo”sunun baş məşqçisi): Öncə onu deyim ki, oyun çox gərgin alındı. Üstünlük gah bizim, gah da rəqibin tərəfinə keçirdi. Qolu çətinliklə vura bildik".

Ruslan Abışov(“Neftçi”nin müdafiəçisi): Hazırlıq mərhələsində ilk oyunumuzu keçirdik. Qarşılaşma gərgin alındı. Bir neçə epizodda qol vura bilərdik. Oyuna baxanda demək olar ki, ən azından heç-heçəyə layiq idik. Qarşıda digər yoxlama oyunlarımız olacaq. Çalışacağıq ki, gözəl oyunla yanaşı, nəticə də əldə edək.

İqor Mitreski(“Neftçi”nin müdafiəçisi): Təlim-məşq toplanışında ilk oyun həmişə çətin olur. Rəqibimiz olan "Dinamo" da güclü komandadır. Qarşılaşma bərabər səviyyədə keçdi. 1 qol oyunun taleyini həll etdi. İkinci hissədə baş məşqçimiz gənclərə şans verdi. Məncə, onlar özlərini yaxşı tərəfdən göstərə bildilər. İnanıram ki, yaxın gələcəkdə bu futbolçular "Neftçi"nin əsas heyətinin üzvlərinə çevriləcəklər”.
 
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq721
2AZAL711
3İnter711
4Simurq710
5Bakı78
6Qəbələ77
7AZAL75
8Rəvan75
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

8

19.10.2019
17:00
Qəbələ
Qarabağ
-
-
19:00
Keşlə
Sabah
-
-
20.10.2019
17:00
Neftçi
FC Zire
-
-
19:00
Səbail
Sumqayıt
-
-



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.