Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Klub xəbərləri
18.01.2012 / 0 şərh / 1590 -dəfə baxılıb

Elmar Baxşıyev: Heç kimə heç nəyi sübut etmək niyyətində deyiləm

Böyükağa Hacıyevin gəlişindən sonra “Neftçi”nin ehtiyat oyunçular skamyasına məhkum olan Elmar Baxşıyev bu vəziyyətlə barışmırdı. Əvəzedici heyətə göndərildiyini eşidəndə isə artıq dözə bilmədi. Ona görə də ilk dövrə başa çatmamış “flaqman”ı tərk etdi. Artıq 31 yaşı haqlayan Elmarın karyerasını hansı klubda davam etdirəcəyi maraq doğururdu. Çünki yaşı çox olan və oyun praktikası baxımından “korluq” çəkən futbolçulara maraq istər-istəməz az olur. Ancaq Baxşıyev bu problemlə üzləşmədi və Azərbaycanın iddialı klublarından birinə keçdi. Yığmamızın sabiq üzvü bundan sonra “Qəbələ”nin uğurları üçün çalışacaq. Yeni klubu ilə birillik müqavilə imzalayan Elmar komanda ilə birgə Antalyada təlim-məşq toplanışındadır. Biz də hazırda Türkiyədə olan futbolçu ilə əlaqə saxlayıb, həm “Qəbələ”yə keçidi, həm də digər məsələlər ətrafında danışdıq.

“Ən real təklif “Qəbələ”dən gəldi”

Elmar əvvəlcə “Qəbələ”yə transferi haqda fikir bildirdi: “Neftçi”dən ayrılandan sonra özümə klub axtarırdım. Bir neçə təklif var idi. Ancaq ən real təklif “Qəbələ”dən gəldi. Onlar mənimlə “Neftçi”ni tərk etdiyim gündən maraqlanırdılar. “Qəbələ” ilə birillik sözləşməyə qol çəkdim. Hazırda komanda ilə birlikdə Bələkdəyəm”.

“Elə bil Avropanın nəhəng klublarından birinin bazasındasan”

Məlum məsələdir ki, “Qəbələ” infrastruktur baxımından ölkəmizin ən qabaqcıl klublarındandır. Məhz bu üstünlüyünə görə, digər komandalarımız ona qibtə edirlər. Elə Elmarın “Qəbələ”yə keçidində də bu amil əsas rol oynayıb: “Burada gördüklərimə inanmadım. “Qəbələ” struktur cəhətdən çox güclü klubdur. Elə bil Avropanın nəhəng klublarından birinin bazasındasan. Meydançalar ideal vəziyyətdədir. Bir sözlə, şəraitə söz ola bilməz”.

“Kavlak mənə inandığını dedi”

Fatih Kavlakın “Qəbələ”nin baş məşqçisi postuna keçməsindən sonra bu klubda yerli oyunçulara daha çox şans verilir. Bu mənada, Elmarı şanslı hesab etmək olar. Ancaq bu da faktdır ki, Şimal klubunda dayaq yarımmüdafiəçisi kifayət qədərdir. Yəni Baxşıyev əsas heyətə düşmək uğrunda rəqabətdən qalib ayrılmalıdır. O, bunu bacaracağına inanır: “Gəldiyim gündən Kavlak mənə yaxşı münasibət göstərir. Hamıya necədirsə, mənə qarşı da o cürdür. Kavlakla söhbət etmişik. Dedi ki, sənə inanıram. O ki qaldı əsas heyətə düşmək məsələsinə, razıyam ki, “Qəbələ”də mənim mövqeyimdə oynaya biləcək futbolçu çoxdur. Lakin bu məni qorxutmur. Rəqabətə hazıram. O olmasa, inkişaf da olmaz”.

“Qərarı özüm qəbul etdim”

Elmar belə desə də, onun əvvəlki formasından uzaq olması məlum məsələdir. Çünki futbolçu ehtiyatda qaldıqca formadan düşür. Buna baxmayaraq, Baxşıyev elə düşünür ki, yenidən yaxşı forma yığması ona çətin olmayacaq: “İnşallah, bu məsələdə problemlə üzləşmərəm. Məşqlərə başlamışam. Antalya toplanışında əvvəlki formama qayıtmaq üçün şans olacaq. Mən də çalışacağam bundan istifadə edim. Vaxtilə bir yerdə oynadığım futbolçular indi “Qəbələ”dədirlər. Gələndə hamısı ilə görüşdüm. Amma buraya keçəndə heç biri ilə məsləhətləşmədim. Qərarı özüm qəbul etdim. “Qəbələ”də uzun müddət qalıb-qalmayacağımı isə vaxt göstərəcək”.

“Belə iddialı klubun həmişə məqsədi olmalıdır”

İlk dövrəni 6-cı pillədə başa çatdıran “Qəbələ”nin məqsədi avrokuboklara vəsiqə qazanmaqdır. Elmarın fikrincə, hazırkı heyətlə bunu bacarmaq olar: “Belə iddialı klubun həmişə məqsədi olmalıdır. Bizim qarşımıza avrokuboklara vəsiqə qazanmaq missiyası qoyulub. Bunu bacarmağın özü uğur deməkdir. “Qəbələ”nin heyəti güclü futbolçulardan qurulub. Oyunçuların ustalıq səviyyələri yüksəkdir”.

“Heç kimə heç nəyi sübut etmək niyyətində deyiləm”

Təbii ki, Elmarla danışıb, sabiq klubu “Neftçi” haqda fikir öyrənməmək düzgün olmazdı. Hər şeyə rəğmən Baxşıyev “flaqman” barədə xoş fikirdədir: “Neftçi”yə uğurlar arzulayıram. Baş verənləri yada salmaq istəmirəm. Onu deyə bilərəm ki, ürəyimdə “Neftçi”yə qarşı küskünlük yoxdur. Orada oynayan futbolçuların hamısı ilə indiyə kimi yaxşı münasibətdəyəm. Rəhbərlikdən də razıyam. Böyükağa müəllim mənə şans vermirdi, bu da onun öz qərarıdır. “Qəbələ”dəki oyunumla heç kimə heç nəyi sübut etmək niyyətində deyiləm”.

“Milliyə qayıtmağı kim istəməz ki?”

Heç kimə sirr deyil ki, Elmar bir vaxtlar milli komandamızın da əsas oyunçularından hesab olunurdu. Ancaq son illər təcrübəli yarımmüdafiəçi yığmadan kənarda qalıb. Bunun da tək səbəbi var: Elmarın oyun praktikasının az olması. Baxşıyev “Qəbələ”nin heyətində möhkəmlənməklə yenidən yığmanın formasını geyinmək istəyir: “Milli hamımızın şərəfidir. Mən oynasam da, oynamasam da, yığmaya həmişə uğurlar arzulamışam. İndiki vəziyyətdə əsas işim klubda yerimi möhkəmlətməkdir. Milliyə qayıtmağı hansı futbolçu istəməz ki? Ancaq mən gərək ilk növbədə “Qəbələ”nin əsas heyət oyunçusuna çevrilim. Bunu bacarsam, yəqin ki, yığmaya da dəvət alacağam”.
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq822
2AZAL814
3İnter812
4Simurq810
5Bakı810
6Qəbələ88
7AZAL86
8Rəvan86
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

8

19.10.2019
17:00
Qəbələ
Qarabağ
1
1
19:00
Keşlə
Sabah
1
1
20.10.2019
17:00
Neftçi
FC Zire
3
0
19:00
Səbail
Sumqayıt
0
2



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.