Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Klub xəbərləri
18.01.2012 / 0 şərh / 2581 -dəfə baxılıb

Vaqif Cavadov: "Qarabağ”da hələ bitməyən işim var

“Əslində bunu yeni transfer kimi qiymətləndirmək olmaz. 17 yaşım olanda “Qarabağ” mənə sahib çıxmışdı. “Qarabağ”da 3 il gözəl anlar keçirmişdim”. Bu sözləri Azərbaycan milli komandasının sabiq futbolçusu Vaqif Cavadov deyib.

Rusiyanın “Volqa” klubuna lazım olmadığı üçün Nijni-Novqorod təmsilçisinin təşəbbüsü ilə müqaviləsi pozulan 23 yaşlı hücumçu “Qarabağ”a keçib. Vaqif 2,5 illik müqavilə bağladığı klubun rəsmi saytına danışıb: “Təəssüf ki, “Tvente” macərası məndən asılı olmayan səbəblərə görə alınmadı. Ağır zədə almağım vəziyyəti çətinləşdirdi. Amma cəmi 22 yaşım var. Gələcəyim hələ qabaqdadır. “Qarabağ”da hələ bitməyən işim var. Bu komanda mənə çox doğmadır. “Tvente”yə gedərkən mütləq “Qarabağ”a qayıdacağımı demişdim. Hətta başqa komandalarda oynayanda belə “Qarabağ” mənim üçün xüsusi olub. “Qarabağ” mənim üçün mənəvi bağlarla yanaşı başqa amillərə görə də uğurludur. Çünki, oyun üslubumun “Qarabağ”a uyğun gəldiyini düşünürəm. Burda futbol üçün hər şey var. Hətta “Volqa”da oynayarkən ruslara verdiyim müsahibədə “Qarabağ” futbolu bilən rəhbərliyinin, əla kollektivinin və güclü baş məşqçisinin olduğunu bildirmişdim. Belə də 2-ci evimə qayıtmışam”.

Cavadov “Qarabağ”da qollar vuracağına söz verib: “Parladığım, tanındığım komandaya daha çox xeyir vermək istəyirəm. İnanrıam ki, “Qarabağ” camiəsi üçün ən yaxşını edə biləcəm. Azarkeşlərimiz “Tvente”də olanda məni həmişə dəstəkləyirdi. İndi vurduğum qollar və komandama xeyir verməklə yenidən onları sevindirmək istəyirəm”.
 
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq721
2AZAL711
3İnter711
4Simurq710
5Bakı78
6Qəbələ77
7AZAL75
8Rəvan75
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

8

19.10.2019
17:00
Qəbələ
Qarabağ
-
-
19:00
Keşlə
Sabah
-
-
20.10.2019
17:00
Neftçi
FC Zire
-
-
19:00
Səbail
Sumqayıt
-
-



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.