Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Klub xəbərləri
19.01.2012 / 0 şərh / 1561 -dəfə baxılıb

Deyvidas Çesnauskis: Qış fasiləsindən sonra tamam başqa “Bakı” görəcəksiniz (Müsahibə)

Hazırda Antalyada olan “Bakı” məşqlərini intensiv surətdə davam etdirir. Baş məşqçi Aleksandr Starkovun istəyinə uyğun olaraq, heyətdən kənarlaşdırılan oyunçuların yerinə yeniləri düşərəyə cəlb olunub, baxışdan keçirilir. Köhnə futbolçular isə əllərindən gələni edirlər ki, Türkiyə toplanışında özlərini ən yaxşı tərəfdən göstərib, əsas heyətdə yer ala bilsinlər. Belə futbolçulardan biri də litvalı yarımmüdafiəçi Deyvidas Çesnauskisdir. Düzdür, onu elə əsas heyətin oyunçusu kimi də qələmə vermək olar. Çünki Starkov son zamanlar ona çox güvənirdi və start heyətində meydançaya buraxırdı. İnsaf naminə, Deyvidas da özünü yaxşı tərəfdən göstərməyi bacardı. Lakin sonradan zədələnməsi işləri korladı. Bununla belə, futbolçu hazırda özünü yaxşı hiss edir və tezliklə əvvəlki formasını bərpa edəcəyinə inanır.  Yarımmüdafiəçi həm hazırlığın gedişindən, həm də çempionatın qış fasiləsindən sonrakı dönəmi barədə danışıb.

- Deyvidas, təlim-məşq toplanışında olan futbolçulara verilən ənənəvi sual: hazırlıq necə gedir?

- Hər şey yaxşıdır. Qaldığımız otel superdir. Burada futbolçuların hazırlığı üçün bütün lazımi şərait yaradılıb. Məşqlər də öz qaydasında, plan üzrə edir. Əsas odur ki, hava şəraiti də yaxşıdır və istədiyimiz məşq proqramını keçməyimizə mane olmur.

- Bir ara zədəli idin, indi vəziyyət necədir?

- Artıq hər şey düzəlib. Hazırda əsas hədəfim tezliklə əvvəlki formamı bərpa etmək və komandamın uğuruna töhfə verməkdir.

- Çempionatın qış fasiləsinə qədər olan dövrünü “Bakı” üçün uğursuz adlandırmaq olarmı?

- Deməzdim ki, tam uğurlu oldu. Həqiqətən də, nəticə ürəyimiz istəyən kimi alınmadı. Çünki komandanın qarşısına çempionluq məqsədi qoyulmuşdu. Lakin biz hazırda 5-ci pillədə qərarlaşmışıq. Bununla belə, hər şeyin itirildiyini demək olmaz. Qarşıda hələ ilk mərhələnin dörd oyunu var. Bunun ardınca “altılıq” mərhələsi başlayacaq. Bu isə ümumilikdə 14 oyun edir. Düşünürəm ki, lazımi nəticəni qazanmaq üçün heç də az oyun deyil.

- Yəni sən “Bakı”nın çempionluğuna inanırsan?

- Prinsipcə, hər şey mümkündür. Dediyim kimi, 14 oyun az deyil. 3 xallıq sistemdə bu, 42 xal edir. Razılaşın ki, az xal deyil.

- Nəzəri cəhətdən doğru deyirsən. “Bakı”nın bütün oyunlarda qalib gələcəyinə bu qədər əminsən? Həm də axı digər rəqiblər də yerlərində saymayacaqlar…

- Təbii ki, çox çətin olacaq. Mən iddia eləmədim ki, 14 oyunun hamısında qalib gələcəyik. Sadəcə, demək istədim ki, nə qədər çox qələbə qazansaq, bizim üçün bir o qədər yaxşı olacaq. Nəzərə alaq ki, kubokda da hələ mübarizəni davam etdiririk. Hər şeyi zaman göstərəcək. Mən yalnız onu deyə bilərəm ki, qış fasiləsindən sonra tamam başqa “Bakı” görəcəksiniz.

- Starkov barədə nə deyə bilərsən?

- Starkov yetərincə təcrübəli mütəxəssisdir. Latviya millisini Avropa çempionatının final mərhələsinə çıxarıb, “Spartak” (Moskva) kimi klubun baş məşqçisi olub. Bütün bunlar məşqçi kimi onun gücündən xəbər verir. İnanıram ki, “Bakı”da da uğur qazana biləcək.

- Amma hələlik bunun əksini görürük…

- Gəlin tələsməyək. Bəli, siz dediniz, mən də razılaşdım ki, bu gün “Bakı” layiq olmadığı yerdədir. Çünki rəhbərlik futbolçular üçün hər cür şərait yaradıb. Lakin bütün məğlubiyyətləri yalnız baş məşqçinin üzərinə atmaq da doğru olmaz. Burada biz futbolçuların da günahı var. Həm də Starkov heyəti yeni-yeni formalaşdırır, “Bakı”da öz sistemini indi-indi tətbiq edir. Bunları da nəzərə almaq lazımdır. İnanıram ki, hər şey yaxşı olacaq.

- Çempionatımızın səviyyəsi haqda hansı fikirdəsən?

- Səviyyəni yüksək adlandırmaq olar. Çünki çempionluq uğrunda 1-2 yox, 6-7 komanda mübarizə aparır. Ümumilikdə 7-8 komanda eyni gücə malikdir və hər an bir-birini büdrədə bilərlər. Autsayder komandalar da iddialı rəqiblərinə layiqincə müqavimət göstərirlər. Məlum məsələdir ki, çempion adını bir komanda qazanacaq. Lakin digərlərinin də mübariz oyun göstərmələri çempionata marağı daha da artırır. Sadəcə, istərdim oyunlar daha yaxşı meydançalarda keçirilisin və tribunalara çox azarkeş toplaşsın. Məsələn, bizim bazamız, meydançalarımız superdir. Digər klubların da belə şəraiti olsa, inkişafa daha tez nail olmaq mümkündür. Çünki yaxşı, baxımlı futbol oynamaq üçün ilk növbədə gözəl meydançalar olmalıdır. Baxımlı futbol olandan sonra azarkeşlər də stadionlara gələcəklər.

- Bakı, Azərbaycan haqda düşüncələrin necədir?

- Çox gözəl. Bakıda özümü əla hiss edirəm. Paytaxtınız çox müasirdir, hiss olunur ki, günü-gündən daha çox inkişaf edir. Ümumiyyətlə, Azərbaycan barədə ancaq və ancaq yüksək fikirlər söyləyə bilərəm, başqa cür ola da bilməz.

- Boş vaxtlarını necə keçirirsən?

- Belə baxanda, çox boş vaxtım olmur. Günümün çoxu bazada keçir. Məşqlərdən sonra yorğun olursan və dincəlib səhərki məşq üçün güc toplayırsan. Yalnız oyunlardan sonra bir gün istirahət olur ki, onda da şəhəri gəzməyə çıxıram, dostlarla günümüzü səmərəli keçirməyə çalışıram. Ümumiyyətlə, hər şey vəziyyətdən asılı olur. Vəziyyətə görə istirahət edirəm. Bəzən heç çölə çıxmıram.

- “Bakı” ilə bağlı planın nələrdir? Qalmaq firkin varmı?

- Dediyim kimi, burada hər şey məni qane edir. Klubdan da, şəhərdən də razıyam. Lakin bu elə məsələdir ki, təkcə futbolçudan asılı olmur. Əgər mənə güvənsələr, komandada saxlamağı məsləhət bilsələr, mən də əlimdən gələni edəcəyəm ki, bu etimadı doğruldum.
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq822
2AZAL814
3İnter812
4Simurq810
5Bakı810
6Qəbələ88
7AZAL86
8Rəvan86
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

8

19.10.2019
17:00
Qəbələ
Qarabağ
1
1
19:00
Keşlə
Sabah
1
1
20.10.2019
17:00
Neftçi
FC Zire
3
0
19:00
Səbail
Sumqayıt
0
2



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.