Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Klub xəbərləri
19.01.2012 / 0 şərh / 1602 -dəfə baxılıb

Qurban Qurbanov belaruslu futbolçunu yoxlayır

“Qarabağ”ın Türkiyədəki hazırlıq prosesinə yeni legioner qatılıb. Belarus yığmasının futbolçusu Dmitri Rekiş Ağdam təmsilçisinə baxışa gəlib. Baş məşqçi Qurban Qurbanov 1,85 metr boya malik 24 yaşlı yarımmüdafiəçini sınadıqdan sonra qərarını verəcək.

Dmitri futbolçu karyerasının böyük hissəsini keçirdiyi Minsk “Dinamo”su (2004-2011-ci illər, 54 oyun, 6 qol ) ilə yollarını ayırdıqdan sonra sərbəst futbolçudur. O, 2008-2011-ci illərdə vətənində “Savit” klubunda icarə əsasında oynayıb və 26 matçda 4 qol vurub. Rekişin ötən ilin yanvarında “Dinamo”dan gedəndən sonra Rusiyanın “Amkar” və “Kuban” klublarına keçmək variantı olsa da, sonda fevralın 21-də Varşavanın “Poloniya” klubu ilə müqavilə bağlayıb. Bunun müddəti iyuna kimi olub və həmin vaxt futbolçunun transfer hüquqlarının birdəfəlik alınmağı nəzərdə tutulub. Ancaq Polşada oynaya bilməyən Dmitri sentyabrda Çexiyanın “Slovatsko” klubuna keçidi baş tutmayıb. O, oktyabrda “Dinamo” ilə müqaviləsini pozub və 1 ay sonra II Bundesliqa təmsilçisi “Fortuna”ya baxışa çağırılıb.

Minsk klubu ilə 2009-cu ildə ölkə çempionatının gümüş medalını qazanan Rekiş 2004-cü ildən Belarusun müxtəlif yaş qruplarından ibarət yığmasında oynayıb. Yarımmüdafiəçi 2004-05-ci illərdə U-17-də (10 oyun), 2005-06-cı illərdə U-19-da (5 oyun), 2008-11-ci illərdə U-21-də (27 oyun, 8 qol) çıxış edib. Dmitri ötən il Danimarka keçirilən Avropa çempionatının final mərhələsində Belarusun U-21-in heyətində yer alaraq, tarixi uğurun – bürünc medal qazanan futbolçulardan biri olub. Həmin yığma final mərhələsinə gedən yolda - seçmə mərhələdə millimizlə bir qrupda yer aldığından, Dmitri həmin vaxtdan ölkəmizi tanıyır.
 
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq721
2AZAL711
3İnter711
4Simurq710
5Bakı78
6Qəbələ77
7AZAL75
8Rəvan75
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

7

05.10.2019
17:00
Sumqayıt
Keşlə
0
0
19:00
Neftçi
Səbail
2
1
06.10.2019
18:00
Qarabağ
Sabah
2
0
20:00
FC Zire
Qəbələ
1
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.