Klub xəbərləri
- 20.01.2012 / 0 şərh / 1523 -dəfə baxılıb
- Antalyada təlim-məşq toplanışında olan “Sumqayıt” ilk yoxlama oyununu keçirib. Premyer Liqanın debütantı Qazaxıstan təmsilçisi ilə qarşılaşıb.
“Sumqayıt”ın rəqibi “Jetısu” klubu olub. Premyer Liqanın debütantı Qazaxıstan klubunu məğlub edib – 2:0. “Sumqayıt”ın heyətində sonradan meydana çıxan Ramil Həşimzadə və yeni transfer Uğur Pamuk fərqlənib.
Qeyd edək ki, “Jetısu” 1981-ci ildə yaradılıb. Komandanın baş məşqçisi Serik Abdualiyevdi. “Jetısu” 22 turda 49 xal toplayıb və turnir cədvəlinin lideridi.
Yoldaşlıq oyunu
19 yanvar
Sumqayıt (Azərbaycan) – Jetısu (Qazaxıstan) 2:0
Qollar: Ramil Həşimzadə, 70. Uğur Pamuk, 77.
Sumqayıt: Andrey Popoviç, Badavi Hüseynov, İlyas Quliyev, Şamil Camaləddinov, Tərlan Quliyev, Eşqin Quliyev, Emin Mustafayev, Samir Abdulov, Orxan Həsənov, Mahmud Qurbanov, Kamil Nurəhmədov.