Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Klub xəbərləri
20.01.2012 / 0 şərh / 1564 -dəfə baxılıb

Doroşun Azərbaycan xatirələri

Uzun illər Azərbaycan klublarında çıxış etmiş Anatoli Doroş özünə yeni iş yeri tapıb. Moldovalı forvard Rumıniya çempionatına üz tutub. Doroş hazırda Rumıniyanın yüksək liqa klublarından olan “Tarqu-Mureş”in düşərgəsindədir. Klubun rəsmi saytının xəbərinə görə, moldovalı futbolçu baxışdan keçirilir. Onu da qeyd edək ki, “Xəzər Lənkəran”ın sabiq argentinalı hücumçusu Dieqo Ruiz də hazırda “Tarqu Mureş”də çıxış edir.

Doroş açıqlamasında Rumıniya klubunda qalmaq ehtimalının yüksək olduğunu bildirdi: “Rumıniyaya menecerimin vasitəsilə gəldim. O, mənimlə əlaqə saxlayıb, yeni kluba keçmək ehtimalımın olduğunu bildirdi. Mən də düşünüb, həmin komandanın düşərgəsinə yollandım. Hazırda “Tarqu-Mureş”in düşərgəsindəyəm. Yaxın bir neçə gündə məsələ tam aydınlaşacaq. Rumınlar mənim xidmətimdə maraqlıdırlar, baş məşqçi də oyunumu bəyənir. Ancaq rəsmi söhbət olmadığından, qəti söz deməyə çətinlik çəkirəm. Ancaq düşünürəm ki, burada qalsam, bu, mənim xeyrimə olar. Rumıniya futbolu Avropada öz sözünü deyib. Üstəlik, bu ölkə yaşadığım Moldova ilə həmsərhəddir. Belə olan halda tez-tez evə də baş çəkmək imkanım olacaq”.

Doroş daha sonra Azərbaycan xatirələrindən danışdı: “Azərbaycanda ilk klubum “MKT-Araz” olub. Həmin günləri və həmin klubu yaxşı xatırlayıram. Çox yaxşı kollektivimiz var idi. Baş məşqçimiz İqor Nakoneçnı məni daim əsas heyətdə oynadırdı və düşünürəm ki, onun etimadını doğrultdum. Eşitdiyimə görə, həmin klub sonradan dağıldı. Bu isə çox təəssüf doğurur (Qeyd edək ki, “MKT-Araz” hazırda birinci divizionda çıxış edir). Bundan başqa, “Karvan” və “Olimpik” klublarında da çıxış etdim. Qısa müddətdə “Standard”da da oynamışam. Həmin klublarda yaxşı oyunlarım oldu. Ümumiyyətlə, Azərbaycanda yaxşı günlərim olub, keçirdiyim oyunları hələ də unuda bilmirəm. Oradakı dostlarımla indi də əlaqə saxlayıram. Həmyerlilərim və dostlarım olan Vadim Boretslə Aleksey Savinov hələ də “Bakı”nın heyətində çıxış edirlər. (Hər iki futbolçu artıq komandadan ayrılıb-red.) Bildiyim qədəri ilə yenə qızğın mübarizə gedir və 6-7 klub çempionluq uğrunda mübarizə aparır. Bu isə futbolun inkişafı baxımından çox vacib məqamdır”.

Qeyd edək ki, Doroş 4 il Azərbaycan çempionatında çıxış edib. O, 2006-2010-cu illər aralığında ölkəmizdə “MKT-Araz”, “Standard”, “Karvan” və “Olimpik” (indiki AZAL) klublarının şərəfini qoruyub. 29 yaşlı forvard Premyer Liqamızda 79 oyun keçirib, 30 qol vurub. Ümumiyyətlə, moldovalı hücumçunu Azərbaycan futboluna uyğunlaşmış və çempionatda özünü yaxşı tərəfdən göstərmiş azsaylı legionerlərdən hesab etmək olar. 
Müəllif: Azerifootball.com     Çap et Geri Yuxarı
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq721
2AZAL711
3İnter711
4Simurq710
5Bakı78
6Qəbələ77
7AZAL75
8Rəvan75
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

7

05.10.2019
17:00
Sumqayıt
Keşlə
0
0
19:00
Neftçi
Səbail
2
1
06.10.2019
18:00
Qarabağ
Sabah
2
0
20:00
FC Zire
Qəbələ
1
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.