Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Klub xəbərləri
21.01.2012 / 0 şərh / 2309 -dəfə baxılıb

İlqar Qurbanov: Bu üsulla çox futbolçunu “sındırırlar” (Müsahibə)

“Qarabağ”ın yarımmüdafiəçisi İlqar Qurbanov müsahibə verib. Müsahibə zamanı o, bir sıra maraqlı məqamlara toxundu. Həm “Qarabağ”ın, həm də özünün oyunu barədə fikirlərini bölüşdü, dayısı oğlu Vaqif Cavadovun yenidən Azərbaycana qayıtmasına münasibət bildirdi. Bundan başqa, milli mövzusuna bu dəfə başqa aspekdən yanaşdıq. İlqar azərbaycanlı futbolçuların ölkə xaricində möhkəmlənə bilməmələrinin səbəbini də izah etdi. Hər halda, müsahibəni oxusanız, bir sıra maraqlı fikirlərlə tanış olacaqsınız.

- İlqar, hazırlıq necə gedir, hər şey ürəyinizcədir?

- Ayın 10-dan Antalyadayıq. Gündə iki dəfə məşq edirik. Hər şey əladır, şərait superdir. Əsas meydançalardır ki, onların da hamısı əla vəziyyətdədir. Azərbaycan futbolunun isə ən problemli yerlərindən biridir. Hətta mən deyərdim, futbolumuzun inkişafının qarşısını alan, ona mane olan problemdir.

- Yəni meydança amili futbolun inkişafına ciddi təsir edir?

- Çox təsir edir, 70/100 təsir edir. Xüsusilə uşaq vaxtlarında təsir edir. Məsələn, biz bu gün xaricdə bir balaca yaş, sulanmış otun üzərində oynayanda, çətinlik çəkirik. Bu mənada Antalyadakı şərait əladır. Futbolçunun hər istədiyi alınır.

- Hava şəraiti də hələlik hazırlığınıza mane olmur. Çünki bəzən Antalyada güclü yağışlar yağır ki, bu da komandaların hazırlıq planlarını əməlli-başlı pozur...

- Elədir, hava şəraiti də yaxşıdır. Ümumiyyətlə, hələlik hər şey yaxşıdır.

- Toplanış zamanı söhbətləşdiyimiz hər futbolçudan öz komandasının qış fasiləsinə qədərki çıxışını dəyərləndirməsini xahiş edirik. Eyni şeyi səndən də soruşmaq istəyirik. Sən “Qarabağ”ın 18 tur ərzindəki çıxışını necə qiymətləndirirsən?

- Mövsümə başlamamışdan əvvəl hədəfimiz çempionluq idi. Pis də başlamadıq, lakin sonradan uğursuz oyunlarımız oldu və nəticədə planlaşdırılmamış xallar itirdik. Xüsusilə “Sumqayıt”la oyunu qeyd edərdim. Buna baxmayaraq, zirvədən hələ qopmamışıq və liderlərə çata bilərik. Bu mənada geridə qalan 18 turu çox yaxşı olmasa da, yaxşı keçirdiyimizi deyə bilərəm. Sona yaxın məğlubiyyətsiz oyunlarımızın sayı daha çox oldu. Düzdür, “Qəbələ” və “Xəzər Lənkəran”la matçlarda heç-heçə etdik. Lakin rəqiblərin gücünü və oyunların səfərdə keçirildiyini nəzərə alsaq, bu nəticələri yaxşı adlandırmaq olar. Futbolun qaydasıdır ki, uda bilmirsənsə, uduzmamalısan.

- Necə düşünürsən, qış fasiləsindən sonra ilk “üçlüy”ə düşə biləcəksinizmi?

- Rəqiblərlə aramızdakı xal fərqi elə də çox deyil, ilk “üçlüy”ə düşə bilərik. Burada hər şey bizdən asılıdır. Sadəcə olaraq, yaxşı hazırlaşmaq və ümidi itirməmək lazımdır. Əsas odur ki, qarşıda məqsəd olsun. Çünki məqsəd olanda ona çatmaq üçün mübarizə aparırsan. Əgər məqsədin yoxdursa, heç buraya gəlməyin də mənası yoxdur, elə qal Suraxanıda məşq elə. Biz də buraya ona görə gəlmişik ki, daha yaxşı hazırlıq keçib, daha yaxşı nəticələr qazanaq. Üstəlik, bilirik ki, çempionat çox çətin keçəcək, bütün komandalar heyətlərini gücləndiriblər.

- Çox adam deyir ki, ötən mövsümə baxanda bu mövsüm daha gərgin və maraqlı keçir. Bu fikirlərlə razısanmı?

- Razıyam, doğrudan bu mövsüm mübarizə daha maraqlı keçir, sürpriz komandalar var. Məsələn, götürək “Sumqayıt”ı. Çox adam elə düşünürdü ki, bu komanda gənclərdən təşkil olunduğu üçün zəifdir. Lakin siz də gördünüz ki, onlar öz oyunları ilə bir çox iddialı komandaya başağrısı ola bildilər.

- Bəs öz oyununu necə dəyərləndirirsən? Bu mövsüm əsas heyətdə elə də çox oynamadın? Bir sözlə, kənardan sənin üçün tam olaraq uğurlu mövsüm kimi görünmür...

- Əksinə, mən deyərdim ki, 2011-ci ildə daha çox oynadım. Sadəcə, bir çox oyunlarda öz mövqeyimdə çıxış etmədim. Bilirsiniz ki, mən yarımmüdafiəçiyəm. Lakin bəzi oyunlarda Qurban Qurbanov məni sol cinah müdafiəçisi mövqeyində oynatdı. Düşünürəm ki, yaxşı təsir bağışladım. Yəni öz mövqeyim olmadığını nəzərə alsaq, yaxşı demək olar. Çünki futbolçu öz mövqeyində daha yaxşı, rahat oynaya bilir. Mən də gözləyəcəyəm, baş məşqçimiz nə vaxt şans versə, çalışacağam bundan maksimum yararlanım və özümü doğruldum.

- Ancaq özün də bilirsən ki, Qurbanov səni məcburiyyətdən sol cinah müdafiəçisi mövqeyində oynadırdı. Çünki zədəli futbolçuların sayı çox idi, oynamağa oyunçu yox idi...

- Bilirəm. Mən özüm də istənilən mövqedə oynaya bilərəm, o potensialı özümdə görürəm. Sadəcə, bu potensialı bir qədər də açmaq lazımdır. Həm də “Qarabağ”ın futbolçularının çoxu milli komandaların üzvləri olduqlarından, onlar daha ön plandadırlar. Bununla belə, düşünürəm ki, mənə şans verdiyi oyunlarda baş məşqçini utandırmadım.

- Deməli, milli komandada oynamamağın, daha doğrusu bir vaxtlar Foqtsla problemlər yaşamağın bu günkü klub karyerana da mane olur...

- 200% deyərdim ki, mane olur. Bildiyiniz kimi, mən aşağı yaş qrupundan olan bütün millilərdə oynamışam. U-17, U-19, U-21, sonra da əsas milli. Özü də həmin vaxt eyni anda həm əsas, həm də U-21 millisində çıxış edirdim. Bu cür futbolçunu birdən-birə yox eləmək bir qədər şübhəli şey idi. Fikirləşmək lazımdır ki, birdən-birə niyə belə elədilər? Nə oldu bu uşaq oynadı-oynadı, birdən lazım olmadı? Bu üsulla çox futbolçunu “sındırırlar”. Bəlkə də, milli komandada oynasam, indi Avropa klublarından birinə transfer olunmuşdum.

- Bir neçə sualım da dayın oğlu Vaqif Cavadovun yenidən “Qarabağ”a qayıdışı ilə bağlıdır. “Qarabağ” üçün yaxşı oldu ki, çox vacib futbolçunu heyətinə qatdı. Lakin Vaqifin özü üçün uğursuz oldu, çünki Rusiyadan Azərbaycana qayıtdı. Bu məsələ ilə bağlı nə deyə bilərsən?

- Düzü, nə baş verdi, Vaqif niyə Rusiyadan ayrıldı, niyə buraya gəldi, bilmirəm. Elə mən özüm də onun “Qarabağ”a gəlişini burada öyrəndim. Səbəblərini isə dediyim kimi, bilmirəm. Onsuz da legioner həyatı yaşayan futbolçularımız azdır. Bir Araz Abdullayevdir, bir də Amit Quluzadə, qurtardı getdi. Onlar da əsas heyətdə oynamırlar, heç milliyə də çağırılmırlar.

- Necə düşünürsən, niyə bizim futbolçular gedib kənarda oynaya bilmirlər, nə mane olur?

- Mən deyərdim mentalitet.

- Axı necə olur ki, mentalitet erməniyə mane olmur, gürcüyə mane olmur, ancaq azərbaycanlıya mane olur?

- Bunun əsas səbəbi kimi səbirsizliyi göstərə bilərəm. Orada oynamırsan, dərhal Azərbaycandan təzyiq olur ki, filankəs niyə oynamadı? Yaxud İlqar Qurbanov klubunda oynamaya-oynamaya niyə milliyə çağırılır? Belə olanda da futbolçu düşünür ki, xaricdə bu cür oynamaqdansa, yaxşısı budur gedim Azərbaycana, həm yaxşı pul qazanacağam, həm də əsas heyətdə yerim olacaq. Yəqin başa düşürsünüz nə demək istədiyimi. Buradan təzyiq olmamalıdır. Əksinə, futbolçularımıza dəstək vermək, “oynamadın, eyni yox, həvəsdən düşmə, öz üzərində bir qədər də işlə, “artır”, əsas heyətə düşəcəksən” demək lazımdır. Elə özümdən götürüm. Mən “Sivasspor”da oynadığım zaman da bu cür basqılarla üzləşmişdim. Hamı deyirdi ki, orada əsas heyətə düşə bilmir, niyə Şahin Diniyev onu milliyə çağırır? Mən də məcbur oldum ki, qayıdım Azərbaycana, həm daim oynayacağım klub tapım, həm də millidə oynaya bilim. Bir daha deyirəm ki, kənarda oynayan futbolçularımıza dəstək vermək lazımdır.

- Bununla belə, futbolçularımızın səbirsiz olmalarını da etiraf edirsən...

- Bəli, səbir, səbir, səbir. Bizdə olmayan şey. Bir az səbirli olmalıyıq. Bir də ki, pula meyllilik var. Belə götürəndə, Rusiyada buradakından da çox pul qazanırsan. Elə ki, oynamadın, düşünürsən ki, gedim evimdə qalım, rahat oynayım.

 
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq822
2AZAL814
3İnter812
4Simurq810
5Bakı810
6Qəbələ88
7AZAL86
8Rəvan86
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

8

19.10.2019
17:00
Qəbələ
Qarabağ
1
1
19:00
Keşlə
Sabah
1
1
20.10.2019
17:00
Neftçi
FC Zire
3
0
19:00
Səbail
Sumqayıt
0
2



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.