Klub xəbərləri
- 21.01.2012 / 0 şərh / 1884 -dəfə baxılıb
- "Xəzər Lənkəran"la heç cür ortaq məxrəcə gələ bilmirəm". Bu sözləri Cənub təmsilçisinin futbolçusu Julios Vobay deyib.
Syerra-Leoneli yarımmüdafiəçi komandadan ayrılmağı planlaşdırdığını və onunla maraqlanan klubların adını açıqladı: "Hələ yeni il öncəsi mənimlə “Neftçi” və “Bakı” maraqlanırdı. “Ağ-qaralar”la müqavilə əla idi, yaxşı pul təklif edirdilər. Amma mən düşünmək üçün vaxt istədim. “Neftçi” isə Antalyaya yollandığından, mənim məsələm açıq qaldı. “Bakı” variantı da alınmır".