Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Klub xəbərləri
21.01.2012 / 0 şərh / 1478 -dəfə baxılıb

"Aqibətimizin necə olacağını təkcə Allah bilir" (Müsahibə)

Əksər klublarımızdan fərqli olaraq, AZAL qış fasiləsində təlim-məşq toplanışı keçmək üçün ölkə xaricinə yollanmadı. “Təyyarəçilər” ikinci dövrəyə vətəndə hazırlaşmağa qərar verdilər. Biz də komandanın gürcü futbolçusu Nuqzar Kvirtiya ilə əlaqə saxlayıb, hazırlıq prosesinin gedişatı ilə maraqlandıq. Söhbət əsnasında digər məsələlərə də toxunduq.

- Söhbətə ikinci dövrəyə hazırlıqdan başlayaq. Məşqlər necə keçir?

- Yüksək səviyyədə. Əvvəlcə 3 gün dəniz qırağında məşq etdik. İndi isə gündə 2 dəfə olmaqla Şüvəlanda bir araya gəlirik.

- Maraqlıdır, AZAL nə üçün digər iddialı klublarımız kimi ölkə xaricinə üz tutmadı?

- Rəhbərlik belə qərar verdi. Prinsipcə, Antalya ilə müqayisədə buradakı şərait də pis deyil. Hətta bəzi komponentlərdə üstündür.

- Nəyi nəzərdə tutursan?

- Məsələn, otel və meydançanı. Əgər Antalyaya getsəydik, orada təbii örtüklü meydançalarda məşq edəcəkdik. Bakıya qayıdandan sonra isə süni örtüklü meydançamıza uyğunlaşmaq bizim üçün çətin olacaqdı. İndiki vəziyyətdə isə bu problemdən azadıq. Bircə yoldaşlıq görüşü keçirmək baxımından Antalya daha məsləhətlidir.

- AZAL-ın ilk dövrədəki çıxışı səni qane etdimi?

- Bizim nəticələrimiz yelləncək kimi idi. Gah yuxarı qalxırdıq, gah da aşağı düşürdük. Yəni komandada stabillik yox idi.

- Səncə, bunun səbəbi nə idi?

- Dəqiq deyə bilmərəm. Bəlkə də, oyunlara eyni qaydada köklənə bilmirdik. Həlledici anlarda çox səhv buraxdıq.

- Stabil oyun göstərə bilməməyiniz tez-tez məşqçi dəyişikliyi ilə də əlaqədar ola bilər...

- Ola bilsin ki, belədir. Amma yenə deyirəm, qeyri-stabilliyi konkret olaraq bir şeylə əlaqələndirə bilmərəm. Buna səbəb ola biləcək amillər çoxdur. Futbol komanda oyunudur. Əgər nəticə qazanmaq istəyiriksə, rəhbərlikdən tutmuş, stadionumuzun işçilərinə qədər hamı bir olmalıdır. Çünki biz bir komandayıq.

- Rafiq Mirzəyevlə münasibətin necədir?

- Yaxşıdır. Mən artıq 3 ildir bu klubdayam. Ona görə də Mirzəyevi gəldiyim ilk gündən tanıyıram. AZAL-a yeni gələndə Rafiq müəllim əvəzedici komandanı çalışdırırdı.

- AZAL-ın cari mövsümdə hədəfi nədir?

- Əvvəlcə ilk “altılığ”a düşməliyik. Yəni əsas hədəfimiz budur. Sonrasına baxarıq.

- İlk dövrədən sonra AZAL turnir cədvəlində 7-ci pillədə qərarlaşıb. Hər halda, ilk “altılığ”a düşmək üçün şansınız var...

- Hər şey özümüzdən asılıdır. Allah eləsin ki, ilk “altılığ”a düşə bilək.

- Bunun öhdəsindən gəlmək üçün “Sumqayıt”, “Xəzər Lənkəran”, “Turan” və “Qarabağ”la oyunlardan sərfəli nəticələrlə ayrılmalısınız. Necə düşünürsən, bu komandalardan hansı ilə oyun daha çətin olacaq?

- Bir maraqlı faktı qeyd edim ki, adını çəkdiyiniz komandalardan heç birini ötən il uda bilmədik. Təkcə “Turan”la səfərdə heç-heçə etdik. Ona görə də mən bu komandalar arasında fərq qoymaq istəmirəm. Dörd oyunun hər birinə yüksək səviyyədə hazırlaşmalıyıq. Allahın köməkliyi ilə bu matçlardan maksimum nəticə ilə ayrılmağa çalışacağıq.

- Keçən mövsümdə AZAL avrokuboklara vəsiqə qazana bilmişdi. Bu il də eyni uğuru təkrarlayacağınıza inanırsan?

- İndidən nəsə deməkdə çətinlik çəkirəm. Təbii ki, özümüzdən asılıdır. Lakin aqibətimizin necə olacağını təkcə Allah bilir. Həmin uğuru təkrarlamaq üçün əlimizdən gələni edəcəyik. Hər bir futbolçu istəyər ki, avrokuboklarda çıxış etsin.

- Azərbaycan çempionatının səviyyəsi barədə hansı fikirdəsən?

- Çempionatınızın səviyyəsi getdikcə yüksəlir. Azərbaycana təzə gələn hər bir futbolçu nəsə yenilik gətirir. Bundan əlavə, azərbaycanlı futbolçular da ölkə xaricinə getməyə can atırlar və bu yolla təcrübələrini artırmaq istəyirlər. Məncə, Azərbaycan futboluna ildən-ilə maraq artır.

- Hansı komandanı çempionluğa ən real namizəd hesab edirsən?

- “Qarabağ”ı. Çünki bu komanda artıq neçə ildir ki, yaxşı futbol nümayiş etdirir. “Qarabağ”ın oyununu çox bəyənirəm.

- Azərbaycan Premyer Liqasında top qovan ən güclü yerli və əcnəbi futbolçu kimlərdir?

- Konkret kimisə fərqləndirə bilmərəm. Əcnəbilərdən Uinston Parks, Zohair Benuahi, Tales Şütz, Flavinyo, yerlilərdən isə Rəşad Sadiqov, Rauf Əliyev və Tərlan Xəlilovu qeyd edərdim. Nədənsə, Tərlanı lazımi qədər qiymətləndirmirlər.

- Maraqlıdır, Azərbaycanda çalışan elə bir məşqçi varmı ki, onun rəhbərliyi altında oynamaq istərdin?

- Mən öz məşqçilərimizdən razıyam. Onlarla dil tapa bilirəm.

- Yəqin ki, daha bir neçə il AZAL-da qalmağı düşünürsən...
- Klubla müqaviləm mayda başa çatır. Gələcək barəsində indidən fikir bildirmək çətindir. Ümid edirəm ki, mayda rəhbərliklə bir yerdə yeni müqaviləni müzakirə edəcəyik.

 
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq721
2AZAL711
3İnter711
4Simurq710
5Bakı78
6Qəbələ77
7AZAL75
8Rəvan75
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

8

19.10.2019
17:00
Qəbələ
Qarabağ
-
-
19:00
Keşlə
Sabah
-
-
20.10.2019
17:00
Neftçi
FC Zire
-
-
19:00
Səbail
Sumqayıt
-
-



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.