Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Klub xəbərləri
22.01.2012 / 0 şərh / 1535 -dəfə baxılıb

"Neftçi" "Aktobe" ilə heç-heçə etdi (Foto+ Fikirlər)

Antalya hazırlıqlarını davam etdirən "Neftçi" PFK ikinci yoxlama matçını keçirib. Azərbaycan çempionu Qazaxıstanın "Aktobe" klubu ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb. Flaqmanın qoluna 26-cı dəqiqədə Rəşad Abdullayev imza atıb. Sona 17 dəqiqə qalmış isə “Aktobe” fərqlənib.

“Neftçi”nin start heyəti aşağıdakı kimi olub: Rauf Mehdiyev, Rail Məlikov, Elvin Yunuszadə, İqor Mitreski, Ruslan Əmircanov, Denis Silva, Mirhüseyn Seyidov, Slavço Georgiyevski, Rəşad Abdullayev, Flavinyo, Fərid Quliyev.

Sonradan meydana daxil olanlar: Saşa Stamenkoviç, Kənan Manaflı, Cavid İmamverdiyev, Bahodir Nasimov, Emin Mehtiyev, Cavid Hüseynov.

Qeyd edək ki, “Neftçi” Antalyadakı ilk yoxlama matçında Almaniyanın “Dinamo” (Drezden) klubuna 0:1 hesabı ilə uduzmuşdu.

Böyükağa Hacıyev (“Neftçi”nin baş məşqçisi):  “Matç başlayandan sona kimi oyuna diqtə etdik. Əgər əldə etdiyimiz qol imkanlarının yarısından yararlana bilsəydik, hesab 5:1 ola bilərdi. Ağır yükləmələrdən sonra futbolçuların meydandakı durumu məni qane etdi. Bu oyunda da gənc futbolçuları sınadım. Əgər 1995-ci il təvəllüdlü Kənan Manaflı kimi yeniyetmələrimiz "Dinamo" (Drezden), "Aktobe" kimi rəqiblərlə oyunda çempionun heyətində özlərini göstərə bilirlərsə, deməli "Neftçi"nin sabahı möhkəm əllərdə olacaq”.

Vladimir Muxanov (“Aktobe” klubunun baş məşqçisi): "Rəqibin Azərbaycanın ən köklü və güclü klubu olduğunu bilirdik. Biz də zəif deyilik. Açığı rəqibin bu dərəcədə güclü olduğunu gözləmirdim. Oyunboyu "Neftçi" daha üstün və texnikalı futbol nümayiş etdirdi. Qapıçımız bir neçə epizodda komandamızı real qoldan xilas etdi. Sevinirəm ki, qol vurub heç-heçəyə nail olduq. Yoxlama matçı olmasına baxmayaraq belə gərgin qarşılaşmanı zədəsiz başa vurmağımız da yaxşı oldu".


 
Müəllif: azerifootball.com     Çap et Geri Yuxarı
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq822
2AZAL814
3İnter812
4Simurq810
5Bakı810
6Qəbələ88
7AZAL86
8Rəvan86
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

8

19.10.2019
17:00
Qəbələ
Qarabağ
1
1
19:00
Keşlə
Sabah
1
1
20.10.2019
17:00
Neftçi
FC Zire
3
0
19:00
Səbail
Sumqayıt
0
2



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.