Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Klub xəbərləri
23.01.2012 / 0 şərh / 1992 -dəfə baxılıb

Mahmud Qurbanov: Darıxmasınlar, tezliklə futbolla qurtaracağam (Müsahibə)

“Sumqayıt”ın təcrübəli futbolçusu Mahmud Qurbanov geniş müsahibə verib. Sumqayıtlıların yarımmüdafiəçisi müsahibə zamanı bir sıra maraqlı məqamlara toxunub. Ən əsası, karyerasını başa vuracağı təxmini vaxtı açıqlayıb. Veteran futbolçu gələcəkdə baş məşqçi işləməsi və eləcə də doğma “Kəpəz”in hazırkı durumu ilə bağlı da fikirlərini bölüşdü.

- Mahmud, ilk olaraq, toplanışda olan futbolçulara verdiyimiz ənənəvi sual: hazırlıq necə gedir?

- Artıq bir neçə gündür məşqlərə başlamışıq, hələ ki, hər şey yaxşı gedir, heç bir problem yoxdur.

- Komandanızın geridə qalan 18 turda ortaya qoyduğu oyunu və qazandığı nəticələri necə dəyərləndirirsən?

- Bunu iki yerə bölərdim. Öncə çempionata çox pis başladıq. 6-7 oyun xala həsrət qaldıq. Çempionatın ortasına doğru komanda özünə gəldi, ilin sonunda isə daha yaxşı nəticə qazanmağa başladı.

- AZAL üzərindəki qələbəni qırılma nöqtəsi kimi qeyd etmək olarmı? Çünki çempionatda ilk qələbənizi qazandınız və yükəlişə keçdiniz...

- Bəli, sizinlə razıyam. Çünki o qələbədən sonra komandada özünəinam hissi yarandı.

- Ancaq razılaşaq ki, həmin qələbəyə kimi çoxları düşünürdü ki, “Sumqayıt” qış fasiləsinə qədər sonuncu pillədən çıxa bilməyəcək. Elə sən özün də qeyd etmişdin ki, işiniz çox çətindir. Ən əsası, komandada qol vuran yox idi. Bu gün isə artıq “Turan”ı 4 xal geridə qoymusunuz, “Kəpəz”lə aranızda isə cəmi 1 xal fərq var. Bütün bunlar sənin üçün gözlənilməz olmadı?

- Həqiqətən də, çətindir, çox çətin. Elə indi də eyni şeyi deyirəm. Komandanın həddindən artıq gənc olmasını da unutmayaq. Gənc futbolçularda əzmkarlıq yüksək səviyyədə olsa da, təcrübə çatmır. Bununla belə, düşünürəm ki, bu gün layiqli olaraq, “Turan”dan 4 xal öndəyik. Mən bunu tam qanunauyğun sayıram.

- İlkin mərhələdən 4 oyununuz qalıb. 10 oyun da “altılıq” mərhələsində baş tutacaq. Necə düşünürsən, “Sumqayıt” çempionatı neçənci pillədə bitirə bilər?

- Yalnız onu deyə bilərəm ki, ikinci “altılıq”da qərarlaşan komandalardan ən azı ikisini özümüzdən geridə qoyacağıq.

- Yəni “Kəpəz”i də geridə qoyacaqsınız?

- İndi demək olmaz məhz “Kəpəz”i, çünki orada başqa komanda da ola bilər. Amma hesab edirəm ki, mövsümü 10-cu, 9-cu yerdə başa vurmaq şansımız var.

- Bəs öz oyununu necə dəyərləndirirsən? Əvvəlcə əsas heyətdə oynadın, sonra bir müddət baş məşqçi sənə şans vermədi. Qış fasiləsinə az vaxt qalmış isə yenidən əsas heyətdə meydançaya çıxmağa başladın və qazanılan qələbələrə öz töhfəni verdin...

- Mən bu fikri həmişə demişəm ki, komandada cavan futbolçuların olması yaxşıdır, amma təcrübəlilər də mütləq olmalıdır. Bəli, bu mövsüm əvvəl oynadım, sonra oynamadım, sona yaxın yenidən oynamağa başladım. Özüm həmişə oynamaq istəmişəm. Belə baxanda, yeganə futbolçuyam ki, Azərbaycan çempionatında 400-dən artıq oyun keçirmişəm. Ancaq dediyim kimi, yenə də oynamaq istəyirəm.

- Oynamamağında baş məşqçinin seçimi əsas rol oynayır, yoxsa başqa səbəblər var?

- Baş məşqçidən asılı olan səbəblər də var. Elə oyunlar olub ki, oynaya bilərdim. Hansı oyunda şans verib, tam səmimi deyirəm, çıxıb bütün gücümlə oynamışam. Belə baxanda. mən artıq oynadığımı oynamışam.

- Oynadığını oynamısansa, bəs futboldan nə vaxt doyacaqsan?

- Futboldan heç vaxt doymayacağam. Hətta futbolu qurtarandan sonra da. Gedəcəyəm, boş vaxt tapan kimi yenə oynayacağam. İndinin özündə də imkan olduqca gedib uşaqlarla oynayıram. Futboldan doymaq olmur. Həm də Azərbaycanda birinci növbədə pasporta baxırlar.

- Hazırda toplanışdasan. Özünü necə hiss edirsən, daha neçə il oynaya bilərsən?

- Vallah, ilini, ayını deyə bilmərəm. Bəlkə də, elə bu mövsüm sonuncu oldu.

- Bəlkə özündə güc hiss elədin, daha bir il oynamaq istədin, onda necə olacaq?

- Bundan sonra durub özümə klub axtarmağımın yeri yoxdur. Odur ki, zamanı qabaqlamayaq. Hələ mövsümü başa vura bilsəm böyük şeydir (gülür). Çünki yenə deyirəm, bizdə ilk növbədə pasporta baxırlar.

- Gənclərlə oynamağın hansı çətinliklərini hiss elədin?

- Çox-çox çətinliklər var.

- Məsələn, Samir Abasov əsəbiləşəndə futbolçuların üstünə qışqırıb hirsini çıxır. Ancaq sən xaraktercə sakit futbolçu olduğundan, bunu bacarmırsan...

- Yox, niyə, elə olur məşqdə də, oyunda da qışqırıram və bununla da hirsimi soyuduram. Düzdür, “Sumqayıt”la əvvəl oynadığım klubları müqayisə eləmək olmaz. Çünki həmin klublar çempionluğa oynayırdılar, “Sumqayıt” isə debütantdır. Həm də az öncə dediyim kimi, gənclərdən təşkil olunub. Düşünürəm ki, bu komanda 1-2 ilə daha yaxşı oynayacaq və yüksək yerlər uğrunda mübarizə aparacaq.

- Futbolu qurtarandan sonra nə edəcəyinə qərar vermisənmi?

- Bəli, qərar vermişəm ki, məşqçi kimi fəaliyyətə başlayım. Bunun üçün kurslara yazılacağam. Düzdür, insanın istək və arzuları çox olur, lakin gərək onu əməldə də yerinə yetirəsən. Qismət olsa, məşqçi işləyəcəyəm, olmasa da yox. Amma hər halda, istərdim futbolda qalım.

- “Sumqayıt”da qalıb məşqçi kimi işləmək təklif etsələr, qəbul edərsənmi?

- Təklif etsələr, əlbəttə işləyərəm. Əsas odur ki, bu işə başlayım və məşqçi kimi də özümü göstərim. Daha doğrusu, bu işi bacarıb-bacarmadığımı özüm özümə göstərim. İndidən bir söz demək çox çətindir. İnsan işlədikcə, özü bunu hiss etməlidir. Neçə illərdir futbol oynayıram, müxtəlif məşqçilərlə işləmişəm, hamısı da təcrübəli, güclü məşqçilər olub. Onların hərəsindən bir şey götürmüşəm və ümid edirəm ki, həmin təcrübə məşqçilik karyeramda mənim köməyimə gələcək.

- Bəziləri zarafatla da olsa, deyirdi ki, Mahmud ona görə karyerasını bitirmir ki, Aslan Kərimov da qurtarsın, sonra. Artıq Aslan da qurtardı...

- (gülür). Bunu biz özümüz də uşaqlar arasında zarafatla deyirik. Qurban olum Allaha, bu sağlamlığı bizə verib və imkan da verir ki, oynayaq. Nə vaxtsa gedəcəyəm, darıxmasınlar.

- Amma sənin futbolla vidalaşmağını istəyənlərin hamısı qərəzli deyil axı. Məsələn, çoxu düşünür ki, Mahmudun nüfuzu var və gərək o nüfuzunu qoruyub saxlamaq üçün futboldan getsin. Çünki artıq yaş keçincə, futbolçu əvvəlki oyununu ortaya qoya bilməyincə, bu onun nüfuzuna da təsir edir...

- Sizinlə razıyam, amma digər tərəfdən biz İspaniya, İngiltərə kimi ölkələrin futbol çempionatlarında oynamırıq ki, deyək hansısa nüfuzumuz var. Biz o səviyyədə futbol oynamırıq axı, hansısa nüfuzdan da danışaq. Biz Azərbaycan səviyyəsində futbolçuyuq. Amma yenə deyirəm, darıxmasınlar, mən də tezliklə futbolla qurtaracağam.

- Sonda bir neçə kəlmə də Gəncə futbolu, “Kəpəz” haqda soruşmaq istəyirəm. Hazırda bu komanda ağır günlərini keçirir, yaşayıb-yaşamayacağı da qeyri-müəyyən olaraq qalır. Çoxları sənin karyeranı məhz bu klubda başa vuracağını düşünürdü, ancaq bu gedişlə, deyəsən, qismət olmayacaq. Hər halda, mövsümün sonunda futbolçu karyeranı bitirəcəyini bildirdin...

- Bunu çox istəyirdim. Həqiqətən çox istəyirdim. Görünür, qismət deyilmiş. Ancaq buna görə heyfislənməyə dəyməz. Orada baş verənlərə gəlincə, sizin də dediyiniz kimi, komandanın taleyi naməlumdur. Biri deyir oynayacaq, biri deyir oynamayacaq. Gərək klub rəhbərliyi bu komandanı götürəndə nəzərə alaydı ki, “Kəpəz” neçə dəfə ölkə çempionu olub. Yəni bu elə bölgə deyil ki, deyəsən orada heç vaxt futbol olmayıb. Ona görə bu işə başlayanda onu axıra kimi davam etdirməlisən. Heç olmasa, komandanın əvvəlki nüfuzunu qismən geri qaytarmaq lazım idi. Bu, xoşagələn hal deyil ki, “Kəpəz”lə bağlı gündə bir xəbər çıxır, biri deyir dağılır, biri deyir oynayacaq, filan. Hazırda bilmirəm orada vəziyyət necədir, ancaq mənim fikrimcə, kimin olmasından asılı olmayaraq, Gəncədə futbol olacaq, Gəncədə futbolçu yetişəcək.

- Futbolçu kimi karyeranı “Kəpəz”də bitirmək mümkün olmadı. Bəlkə baş məşqçi kimi ilk fəaliyyətinə orada başladın...

- Harada başlamağım mənim üçün fərq eləməz. Əsas odur ki, başlayım. Amma bu, “Kəpəz” olsa, çox yaxşı olar.

 
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.