Klub xəbərləri
- 23.01.2012 / 0 şərh / 1771 -dəfə baxılıb
- Musa Süleymanov “Turan”ı maliyyələşdirməkdən imtina edib. Ekstravaqant prezident artıq kluba maliyyə ayırmaq istəmir.
Süleymanov klub rəsmiləri ilə görüşdə artıq “Turan”ı maliyyələşdirməyəcəyini açıqlayıb. O, “kim istəyir, gəlib klubu götürsün, biz də dəstək verək”, deyib.
Süleymanovun imtinasından sonra “Turan”ın taleyi sual altına düşüb. Klubun Premyer Liqada çıxış edib-etməyəcəyi bilinmir.