Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Klub xəbərləri
23.01.2012 / 0 şərh / 1997 -dəfə baxılıb

Tsxadadze: Artıq hamı bizə favorit kimi baxacaq (Müsahibə)

“İnter”in hücumçusu Baçana Tsxadadzenin müsahibəsi

- Təlim-məşq toplanışında olan futbolçuya verilən ənənəvi sualımızı sənə də ünvanlayırıq: hazırlıq necə gedir?
- Hər şey normaldır. Gündə 2 dəfə olmaqla məşq edirik. Bu gün də ilk yoxlama oyunumuzu keçirdik. Düzdür, uduzduq, ancaq düşünürəm ki, o qədər də pis oynamadıq. Həm də komandada bir qədər yorğunluq var idi. Bundan başqa, buraxdığımız ilk iki qol birbaşa özümüzün kobud səhvi idi. Rəqibin də gücünü nəzərə almaq lazımdır. “Karlsrue” II Bundesliqada oynayır, özü də çox yaxşı komandadır.

- Onu da nəzərə alaq ki, siz hazırlığa yeni başlamısınız, onlar isə artıq yekunlaşdırırlar...
- Bəli, belədir. Bu, onların Antalyadakı sonuncu yoxlama oyunları idi və hazırlıqlarını yekunlaşdırıb vətənlərinə yollanırlar. Çünki onlarda artıq ikinci dövrə başlayır. Yəni alman klubu bizimlə müqayisədə tam hazır formadadır.

- “İnter”in qış fasiləsinə qədərki çıxışını necə dəyərləndirirsən?
- Normal dəyərləndirirəm. Baxmayaraq ki, bizdən çox şey tələb olunurdu və eyni zamanda potensialımız daha yaxşı oynamağa imkan verir. Ancaq turnir cədvəlindəki vəziyyətə nəzər salanda hər şeyin yaxşı olduğunu deyə bilərəm. Ən əsası, komandamız 14 oyundur məğlub olmur. Əgər bu uğurlu seriyanı qış fasiləsindən sonra da davam etdirsək, inanıram ki, nəticələrimiz daha yaxşı olacaq.

- Maraqlıdır ki, mövsüm öncəsi heç kim “İnter”i favorit kimi göstərmirdi. Səbəb isə ötən illə müqayisədə heyətin zəifləməsi idi. Ancaq sənin də dediyin kimi, artıq 14 turdur məğlubiyyət üzü görmürsünüz...
- Bilirsiniz, mövsüm öncəsi kimin nə dediyini indi düşünmürük. Bu bizim işimiz deyil. Hər kəs öz fikrini deyə bilər. Ancaq hər şey bizim özümüzdən asılıdır. Odur ki, öz oyunumuzu oynamalıyıq. Bizim üçün fərq etmir ki, “Turan”la oynayırıq, yoxsa “Neftçi” ilə. Bütün matçlara eyni gözlə baxırıq, eyni məsuliyyətlə yanaşırıq. Həm də düşünürəm ki, artıq qış fasiləsindən sonra hamı bizə favorit kimi baxacaq.

- Məhz bu məsələ səni narahat etmir? Çünki sizin üçün rəqiblərə qarşı oynamaq artıq daha çətin olacaq...
- Razıyam. Ancaq bu bizə ikiqat motivasiya verəcək və gərək favorit olduğumuzu sübut edək. Bunu hər oyunda göstərməliyik. Əgər özümüzü təsdiq edə bilməsək, heç kim bizi ciddi komanda kimi qəbul etməyəcək. Odur ki, qəti arxayınlaşmamalıyıq.

- Öz oyununu necə dəyərləndirirsən? Etiraf edək ki, sənin komandaya gəlişinə münasibət birmənalı deyildi. Çoxları deyirdi ki, Baçana Kaxaber Sxadadzenin oğlu olduğu üçün əsas heyətdə oynayır...
- Çalışıram hər oyunda sübut edim ki, əsas heyətdə oynamağa layiqəm. Mənim üçün fərqi yoxdur, komandanın baş məşqçisi atamdır, ya başqası. Bu heç bir əhəmiyyət daşımır. Meydançada olduğum hər dəqiqədə, hər saniyədə özümü təsdiq etmək üçün əlimdən gələni edirəm.

- Demək olarmı ki, bu gün “İnter”in əsas heyətində atana görə yox, məhz özünü təsdiq etdiyin üçün oynayırsan?
- (gülür). Bunu qoy kənardakılar müzakirə etsinlər, mən müzakirə etmək istəmirəm. Mən, ümumiyyətlə, əsas heyətdə atama görə oynadığımı ağlımdan belə keçirmirəm. Düzü, bu haqda şəxsən özüm heç nə eşitməmişəm. Kimsə eşidibsə, bunu deyə bilmərəm. İnsanın üzündən hər şeyi bilmək olar. Bunların hamısı tənqidi yanaşmadır.

- Yeri gəlmişkən, tənqidə münasibətin necədir?
- Açığını desəm, bu mənim üçün əlavə stimuldur. Əgər edilən tənqid sağlamdırsa, bu haqda düşünürəm və nəticə çıxarıram. Obyektiv tənqidçi var, subyektiv tənqidçi var. Mən yalnız obyektiv tənqidçiləri eşidirəm.

- Bir qədər də komandanızın çempionluq şansını dəyərləndirək. Sənə görə, “İnter”in çempionatdakı əsas rəqibi kim olacaq?
- “İnter”in əsas rəqibi çempionatda iştirak edən bütün komandalar olacaq. Qış fasiləsindən sonrakı 4 turda qarşılaşacağımız rəqiblərin hamısı və eləcə də “altılıq”da bizimlə mübarizə aparacaq digər beş komanda bu yolda rəqiblərimizdir. İndidən heç kim deyə bilməz ki, çempionat başa çatanda hansı komanda neçənci yerdə olacaq. Hazırkı vəziyyətə nəzər salsaq, biz “Neftçi”dən 1 xal geri qalırıq, “Xəzər Lənkəran” isə bizdən. Digər rəqiblər də ilk “üçlük”dəki komandalardan o qədər də uzaq deyillər. 6-7 xallıq fərqi aradan qaldırmaq mümkündür.

- Komanda olaraq “İnter”in digərlərindən əsas fərqi nədədir?
- Əsas fərqin nədən ibarət olduğunu deyə bilmərəm. Sadəcə, onu deyə bilərəm ki, komanda olaraq yaxşı oynayırıq, bir-birimizə dəstək veririk və bunu da meydançada göstərmək istəyirik.

- “İnter”in vuran ayağısan. Bombardir olmaq kimi bir niyyətin, məqsədin varmı?
- Əlbəttə, hər bir hücumçu kimi, mənim də bu cür istəyim var. Amma mənim üçün ilk növbədə komandanın uğuru önəmlidir, sonra şəxsi uğur.

- Yəqin məlumatın var ki, Azərbaycanda “İnter”i o qədər də sevmirdilər. Buna münasibətin necədir?
- “İnter” də Azərbaycan komandasıdır, başqa ölkənin deyil axı. Bunu da başa düşmək lazımdır. Əgər biz Avropada böyük uğurlar əldə etsək, o zaman həmin insanlar görəcəklər ki, qazanılan uğur Azərbaycanın adına yazılır. Odur ki, komandaya dəstək vermək lazımdır.

- Bəlkə bunun əsas səbəbi “İnter”in legionerlərə həddindən artıq üstünlük verməsidir?
- Bütün komandalar legionerlərə üstünlük verirlər. “Bakı”, “Xəzər Lənkəran”, “Qəbələ” kimi klubların da heyətində kifayət qədər legioner futbolçu oynayır. Bu heç nəyə bəraət qazandırmır.
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.