Klub xəbərləri
- 24.01.2012 / 0 şərh / 1781 -dəfə baxılıb
- “Simurq” heyətini daha bir futbolçu ilə gücləndirib. Zaqatala klubu bir neçə gündü baxışda olan “Bakı”nın sabiq üzvü Vyaçeslav Sofroni ilə anlaşıb.
Artıq moldovalı forvardla rəsmi anlaşma imzalanıb. O, bundan sonra “Simurq”un uğurları üçün tərk tökəcək.
Qeyd edək ki, Sofroni 2010-2011-ci illərdə “Bakı”da çıxış edib. Moldova yığmasında 7 oyun keçirmiş (2 qol) 27 yaşlı hücumçu əvvəllər vətənində “Politexnika”, “Roso”, “Zimbru”, Qazaxıstanda “İrtış”, “Atırau” və Litvada “Vetra” klublarının şərəfini qoruyub. “Bakı”dan ayrıldından sonra o, Moldovanın “Kostuleni” komandasında top qovub.