Klub xəbərləri
- 24.01.2012 / 0 şərh / 1940 -dəfə baxılıb
- "Neftçi"nin hücumçusu Emil Mpenza karyerasını Türkiyə Superliqasında davam etdirə bilər.
Bu ölkənin mətbuatına istinadən xəbər verir ki, hazırda Belçikanın "Vesterlo" klubu ilə danışıqlar aparan Mpenzanın İstanbul təmsilçisindən təklif aldığı iddia olunur.
"Vesterlo" klubunun prezidenti Herman Vijnants də bu xəbəri təsdiqləyib: "Mpenza komandası ilə birgə Türkiyədə təlim-məşq toplanışında idi. Danışıqlar aparmaq üçün onun yanına getdik. Futbolçu ilə anlaşmaq üzrə idik ki, transfer təxirə salındı. İstanbul klublarından biri Mpenzaya bizim edə bilməyəcəyimiz bir təklif irəli sürüb".
Qeyd edək ki, 2010-cu ildən "Neftçi"nin heyətində çıxış edən 31 yaşlı futbolçu "Şalke", "Mançester Siti" və "Hamburq" kimi komandalarda forma geyinib.