Klub xəbərləri
- 24.01.2012 / 0 şərh / 1966 -dəfə baxılıb
- Hazırlıq prosesini Türkiyənin Antalya şəhərində davam etdirən "Xəzər Lənkəran" klubu bu gün növbəti yoxlama matçında qüvvəsini sınayıb.
Lənkəran təmsilçisi bu dəfə Albaniyanın "Teuta" klubu ilə qarşılaşmalı idi. Lakin müəyyən səbəblərdən rəqib son anda dəyişdirilib. Cüneyt Biçərin komandası bu gün Almaniyanın aşağı liqa təmsilçisi "Volfsburq II" klubunu ilə qarşılaşıb. "Xəzər Lənkəran" 2:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, ilk görüşündə Türkmənistan yığması ilə qarşılaşan "Xəzər Lənkəran" rəqibini 3:1 hesabı ilə məğlub etmişdi.
"Xəzər Lənkəran" - "Volfsburq II" 2:1
Qollar: Elnur Abdullayev, 61 (1:0), Subaşiç, 78 (2:1)
"Xəzər Lənkəran": Kamal Bayramov, Fikrət Ulduzlu, Kamran Abdullazadə, Akif Tağıyev, Elvin Mirzəyev, Andre Mureşan, Rikardo Qomeş, Alim Qurbanov, Elman Taqayev, Elnur Allahverdiyev, Eder Bonfim