Klub xəbərləri
- 25.01.2012 / 0 şərh / 1794 -dəfə baxılıb
- "Neftçi” Türkiyənin Antalya şəhərində hazırlıqlarını davam etdirir. Flaqman təlim-məşq toplanışı çərçivəsində üçüncü yoxlama matçını keçirib. “Neftçi” Bolqarıstanın "Zaqora Beroe" klubu ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb. Komandamızın qoluna 70-ci dəqiqədə Rəşad Abdullayev imza atıb.
Qeyd edək ki, “Neftçi” bundan əvvəl Almaniyanın “Dinamo” (Drezden, 0:1) və Qazaxıstanın “Aktobe” (1:1) klubları ilə qarşılaşmışdı.
“Neftçi” yanvarın 28-dən fevralın 3-dək Antalyada keçiriləcək Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak edəcək. Flaqmanla yanaşı, yarışda "Paxtakor" (Daşkənd, Özbəkistan), “Poloniya” (Varşava, Polşa), "Metallist" (Xarkov, Ukrayna), "Rapid" (Buxarest, Rumıniya), "Bilis" (Albaniya), "Ordabaşı" (Qazaxıstan) və “Terek” (Qroznı, Rusiya) klubları da mübarizə aparacaq.