Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Klub xəbərləri
25.01.2012 / 0 şərh / 1927 -dəfə baxılıb

Uğur Pamuk: Millətim üçün əlimdən gələni edəcəyəm (Müsahibə)

Cari mövsümün böyük hissəsini sonuncu pillədə keçirən debütant “Sumqayıt” ilin sonuna yaxın özünə gəlib, çox vacib xallar qazana bildi. Nəticədə turnir cədvəlində “Turan”ı qabaqlayıb, “Kəpəz”lə aradakı xal fərqini minimuma endirdi. Bununla belə, komandada “vuran ayağ”a şiddətli ehtiyac olduğu hiss olunurdu. Çünki sumqayıtlılar ön xətdə problemlər yaşayırdılar, qolları isə müdafiəçilər və yarımmüdafiəçilər vururdular. Hələ çempionatın gedişində bizimlə söhbətin baş məşqçi Bernard Raab qışda bu problemi həll etmək üçün yeni oyunçuların alınacağını söyləmişdi. Sumqayıt klubu artıq iki yeni futbolçunu heyətinə qatıb. Bunlar Uğur Pamuk və Yasin Abbasovdur. Antalya toplanışı zamanı Almaniyanın “Paderborn” klubuna qarşı keçirilən yoxlama matçında hər iki futbolçunu iş başında gördük. Demək lazımdır ki, həm Uğur, həm də Yasin heç də pis təsir bağışlamadılar. Biz də Uğurla söhbətləşmək qərarına gəldik. Qeyd edək ki, Almaniyada doğulmasına və orada yaşamasına baxmayaraq, “Sumqayıt”ın yeni transferi müsahibəni doğma dilimizdə verdi.

- “Paderborn”la matçdan başlayaq. Bu, “Sumqayıt”ın heyətində ikinci oyunun idi. İlk matçda 2:0 hesabı ilə qalib gəlmişdiniz və sən də 40 metrlik məsafədən gözəl qol vurmuşdun. Bu dəfə isə hər şey əksinə oldu...
- İlk hissə 0:0 hesabı ilə bitdi. Meydançada oynayan tərəf biz idik. Qol şanslarımız da oldu, sadəcə, dəyərləndirə bilmədik. İkinci hissədə isə görünürdü ki, artıq yorulmuşuq. Üstəlik, rəqib komanda da bir çox oyunçu dəyişiklikləri etdi. Nəticədə daha güclü nəzərə çarpmağa başladılar. Hər halda, bu bir yoxlama matçı idi və biz əsas hazırlığımızı çempionat üzərində qururuq.

- Bu, komandanın oyunu haqqında olan fikirlərin. Bəs öz oyunun barədə hansı fikirləri söyləyə bilərsən?
- Komanda ilə anlaşmam çox yaxşıdır. Qısa zamanda kollektivə uyğunlaşa bilmişəm. Yaxşı oynadığımı düşünürəm. Xüsusilə ilk oyunda qazaxlara qarşı daha yaxşı çıxış etdim. Başqa deyəcək bir sözüm yoxdur.

- “Sumqayıt”ın strategiyasını bilirsən. Gənclərdən qurulmuş, gələcəyə hesablanmış bir komandadır. Artıq sən də bir neçə müddətdir bu klubun düşərgəsindəsən. Komandanın gələcəyini necə görürsən?
- Komandanın bu mövsümkü hədəfi Premyer Liqadakı yerini qoruyub saxlamaqdır. Şəxsən mən inanıram ki, bunu bacaracağıq. Təbii ki, alman hoca ilə (“Sumqayıt”ın baş məşqçisi Bernard Raabı nəzərdə tutur-red.) Yavaş-yavaş daha yaxşı anlaşırıq, daha yaxşı oynamağa çalışırıq. Əminəm ki, burada keçirəcəyim dönəm uğurlu alınacaq.

- Müqavilən 1,5 illikdir. “Sumqayıt” isə gələcəyin komandasıdır. Maraqlıdır, müqavilən qurtarandan sonra burada qalmaq haqda düşünəcəksənmi?
- Bu haqda indi bir söz deyə bilmərəm. Müqavilənin vaxtı bitsin, sonra baxarıq vəziyyətə.

- Uzun müddət Almaniyada yaşamısan, futbolçu karyerana orada başlamısan. Raabla daha öncədən tanışlığın var idi?
- Tanıyırdım. Çünki o da Almaniya II Bundesliqasında oynamışdı. Məşqçi kimi çalışdığından da xəbərdar idim.

- Azərbaycan milli komandasına dəvət alırsanmı?
- Bir dəfə Berti Foqts məni milliyə dəvət etdi. Lakin onda da demişdi ki, mənə peşəkar imza lazımdır, yəni müqavilə. Mən də onda Almaniyada əvəzedici komandada oynayırdım. Həm də fiziki durumum yaxşı deyildi. Ancaq indi özümə güvənirəm və inanıram ki, gələcəkdə millidən dəvət alacağam, öz millətim üçün əlimdən gələni edəcəyəm.

- Bizdə bir çox futbolçu milliləşsə də, Azərbaycana heç bir bağlılıqları olmur. Səndə bu məsələdə vəziyyət necədir?
- Mən əslən gəncəliyəm. Atamın atası Gəncədə doğulub. Sonra Türkiyənin İğdır vilayətinə köçüblər. Bu, haradasa ikinci Dünya müharibəsindən sonra olub. Ardından atam Almaniyaya gedib, anamla ailə qurub və mən də o ölkədə dünyaya gəlmişəm.

- Almaniyada yaşadığın müddətdə Azərbaycanla hər hansı bir bağlılığın var idimi?
- Əmilərim Gəncədə yaşayırlar.

- Heç gedib baş çəkirsənmi?
- Yox, baş çəkmirəm. Əslində çox istəyirəm, sadəcə, getməyə vaxtım olmayıb. Çünki gəldiyim gündən ancaq məşqlərdəyəm. Azərbaycana qayıtdıqdan sonra baş çəkməyi düşünürəm.

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.