Klub xəbərləri
- 25.01.2012 / 0 şərh / 1925 -dəfə baxılıb
Məlum olduğu kimi “Turan”ın prezidenti Musa Süleymanov klubu maliyyələşdirmək gücündə olmadığını bildirib.
Bu gün keçirilən mətbuat konfransında Süleymanov aralarında icra başçısı Tofiq Zeynalovun da olduğu bəzi şəxslərin kluba himayə etməsi yönündə danışıqlar getdiyini bildirib.
Artıq bu məsələ həllini tapıb. Belə ki bundan sonra kluba məhz Zeynalov himayədarlıq edəcək.