Klub xəbərləri
- 25.01.2012 / 0 şərh / 1764 -dəfə baxılıb
Antalyada hazırlıqlarını davam etdirən "Qarabağ" klubu bu gün növbəti yoxlama görüşünü keçirib. Ağdam təmsilçi Avstriyanın "Rid" klubuna 1:3 hesabı ilə məğlub olub.
"Qarabağ"ın yeganə qoluna görüşün 7-ci dəqiqəsində Əfran İsmayılovun ötürməsindən sonra Rauf Əliyev imza atıb. Vaqif Cavadov iki illik fasilədən sonra "Qarabağ"ın heyətində meydana çıxıb.
Görüşü azərbaycanlı hakim Orxan Məmmədov idarə edib.
Qeyd edək ki, ilk matçında Qazaxıstanın "Taraz" klubu ilə qarşılaşan "Qarabağ" rəqibinə 0:1 hesabı ilə məğlub olmuşdu.