Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Klub xəbərləri
26.01.2012 / 0 şərh / 2092 -dəfə baxılıb

“Rəvan” builki çempionatda ən baxımlı futbol oynayan klublardandı"

“Rəvan”nın yeni transferi Vüsal Qarayevin müsahibəsi

- İlk öncə səni təbrik edirik. “Rəvan”da sənə uğurlar arzulayırıq. Kluba keçidin barədə məlumat verərdin...
- Çox sağ olun. Bu komandaya keçməyimə görə şadam. AZAL ilə müqaviləm dekabrda bitmişdi və mən azad agent statusu əldə etmişdim. “Rəvan” tərəfindən təklifi eşidən kimi bu komandaya keçməyi qərara aldım. Hal-hazırda klubla 1 illik müqavilə imzalamışam.

- Yeni kluba keçid, yeni mühitə keçid deməkdi. Komandaya uyğunlaşma ilə bir problemin olmadı ki?
- Düzünü desəm klubdakı oyunçuların və məşqçi heyətinin əksəriyyəti ilə çoxdan tanışam. Ona görədə komandaya uyğunlaşma çox rahat şəkildə oldu. Yalnız legioner futbolçuları tanımırdım ki, məşqlərdə artıq bütün komanda yoldaşlarım ilə yaxşı münasibətim var.

- “Rəvan” çempionatda debütantdı, ümumiyyətlə klubun çıxışlarını izləyirdin?
- “Rəvan” bu ilki çempionatda ən baxımlı futbol oynayan klublardandı. Çempionat başlayanda heç kim bu klubdan belə nəticələr və gözəl oyun gözləmirdi. Elə keçidimin əsas səbəbindən biri də bu klubun oyun üslubu və klubun çox böyük potensiala malik olmasıdı. Mən də burda bir futbolçu kimi inkişaf edə biləcəyimi düşünürəm.

- Artıq komandada 1 yoxlama görüşü keçirmisən və 2 qol vurmusan. Bu barədə ətraflı məlumat verə bilərsənmi?
- Bəli, artıq yeni komandamda qol hesabımı açmışam, 24 yanvar tarixdə Salyan şəhərində təlim-məşq toplanışı çərçivəsində “Muğan” klubu ilə yoldaşlıq oyunu keçirdik. Həmin oyuna məşqçi məni hücumçu kimi oyuna salmışdı. 6:2 hesabı ilə qalib gəldik və mən 2 dəfə fərqləndim. Əsasən sağ yarımmüdafiəçi qismində oynayıram. Lakin “Turan” və “Qəbələ” klublarında sırf hücumçu kimi çıxış etmışəm. Onə görə də mən bu mövqedə çıxış etmək mənə yad deyil.
 
Müəllif: azerifootball.com     Çap et Geri Yuxarı
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.