Klub xəbərləri
- 27.01.2012 / 0 şərh / 1954 -dəfə baxılıb
- Antalyada təlimlərini davam etdirən Zaqatalanın "Simurq" klubu növbəti yoxlama oyununu keçirib. Sergey Yuranın rəhbərlik etdiyi kollektiv Gürcüstanın Kutaisi “Torpedo”su ilə qarşılaşıb.
İlk hissəsi qolsuz başa çatan görüşdə hesab fasilədən sonra açılıb. Matçın 56-cı dəqiqəsində Tofiq Mikayılov hesabı açsa da, "Simurq" üstünlüyünü sonadək qoruya bilməyib - 1:1.
"Simurq" - "Torpedo" 1:1
Qol: Tofiq Mikayılov, 56 (1:0)
“Simurq”un start heyəti : Dmitri Kramarenko, Rasim Ramaldanov, Vidas Alunderis, Emin Cəfərquliyev, Ruslan Poladov, Daniel Genov, Vasiliy Yanutovskiy, Qərib İbrahimov, Nicat Qurbanov, Tofiq Mikayılov, Sergey Kovalenko