Klub xəbərləri
- 27.01.2012 / 0 şərh / 2647 -dəfə baxılıb
- AZAL-ın yollarını ayırdığı Vüsal Qarayevi heyətinə qatan “Rəvan” “təyyarəçilər”in daha bir oyunçusunu hədəfə alıb. Premyer Liqanın debütantı Amil Ağacanovu heyətinə qatmaq istəyir.
28 yaşlı qapıçı ilə “Rəvan” arasında danışıqlar davam edir. Ağacanovun keçidi yaxın günlərdə rəsmiləşə bilər.
Qeyd edək ki, “Rəvan” Vüsal Qarayevlə yanaşı, Elmar Yəhyabəyov (Şahdağ), Ramil Nuriyev (Sumqayıt), Orxan Lalayev (Şuşa) və Asif Zeynalovu (Bakılı) heyətinə qatıb.