Klub xəbərləri
- 27.01.2012 / 0 şərh / 1909 -dəfə baxılıb
- "Bakı"da baxışda olan və çox güman ki, komandada qalacaq argentinalı futbolçu Lukaş Mario Horvat Rumıniyanın "Panduri" klubuna qarşı keçirilən yoxlama oyununu şərh edib. O, 0:1 hesabıyla məğlub olduqları görüşdən sonra klubun rəsmi saytına açıqlama verən futbolçu komandadakı durumundan danışıb:
"Bu gün rəqib qapısına yol tapmaq üçün çoxlu imkanlarımız oldu. Lakin çox təəssüf ki, onların heç birindən yararlana bilmədik. Amma əsas odu ki, gözəl oyun sərgiləyə bildik. Komandadakı durumuma gəlincə, "Bakı"da özümü yaxşı hiss edirəm. Düşərgədə hamı məni özünkü kimi qəbul etdi".